Qoç - yaxşı ideyalarınız çoxdur, amma onların
reallaşması üçün yetərincə səy göstərmirsiniz. Belə davam edərsə,
fikirlərinizdən istedadı az, qətiyyəti və baş verənlərə praktiki baxmaq
bacarığı çox olan insan yararlanacaq. Yaşlı qohumlarla ünsiyyətdə
problemlər yarana bilər. İndiyədək sakit formada olan anlaşılmazlıqlar
sərtləşə bilər.
Səfər və ya səyahətdən, nəqliyyat vasitəsi
almaq ideyasından imtina edin. Kiçik maliyyə itkiləri ola bilər.
Alacağınız pulların ödənilməsində gecikmələr var.
Buğa -
təxəyyül və fantaziya sizi ağır səhvlərə yol verməyə sürükləyə bilər.
Xəyallar aləminə dalmazdan əvvəl daha etibarlı və faydalı iş görməyə
çalışın. Aldığınız məlumatları diqqətlə yoxlayın. Kiminsə sizi
bilərəkdən yanıltmağa can atması istisna deyil.
Peşəkar fəaliyyət
müstəvisində ciddi məsələlərin həlli üçün əlverişli gün deyil.
Situasiyanı aydınlaşdırmağa çalışanda daha da çaş-baş qalacaqsınız.
Şəxsi münasibətlər müstəvisində vəziyyət fərqlidir. Çətinliklərin
öhdəsindən gələcəksiniz.
Əkizlər -
emosional fon stabil deyil. Nikbinlik və ruh yüksəkliyini itirməyin.
Kiçik məsələlərə görə qıcıqlanmayın. Bu günün ən mühüm məqamlarından
biri puldur. Maliyyə perspektivləri dumanlıdır. Bunu anlayın və izafi
xərclərə yol verməyin.
Məntiqli, soyuqqanlı davranın.
Hansı
işi görəcəyinizi müəyyənləşdirin, sonra fəaliyyətə başlayın. Əvvəlcədən
planlaşdırılmayan, yaxşı təşkil olunmayan səfərlərə yollanmayın. Dövlət
qurumlarına baş çəkmək, məmurlarla ünsiyyət üçün yaxşı gün deyil.
Xərçəng
- qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli və əzmkar
olun. İstənilən tanışlıqda fayda var. Bir zamanlar yardım etdiyiniz
insanlarla təmaslardan indi yetərincə fayda əldə bilərsiniz. Anlaşmalar,
alış-veriş üçün əlverişli zamandır.
Qəbul etdiyiniz qərarlar
orijinaldır və ətrafınızdakı insanları təəccübləndirir. Narahat
olmayın, uğur qazanacaqsınız. Axşam saatlarında açıq havada mümkün qədər
çox vaxt keçirməyə çalışın. Bu, səhhətinizə və əhvalınıza müsbət təsir
edəcək.
Sintetik materiallardan hazırlanmış paltar, bijuteriya almayın.
Şir
- bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində
əhəmiyyətli uğurlar əldə etmək, karyera pilləkənində yüksəlmək
şanslarınız var. Müttəfiq və həmfikirləri asanlıqla tapacaqlar. Onların
çoxu maddi məsələləri arxa plana ataraq ideyanı ön plana çəkirlər.
Hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Önəmli sənədləri
imzalamaq olar.
Yaxınlarınızla münasibətlərdə süni
çətinliklər və sədlər yaratmayın. Əhvalınız sürətlə dəyişəcək. Yaxın
ətrafınızdakı insanlar bunun səbəblərini anlamırlar. Qəfil təkliflər
alacaqsınız. Onların bəziləri ilə düşünmədən razılaşmaq olar.
Qız - sakit və rəvan gündür. Artıq mənasız hərəkətlər etməyin, maraqlarınızın təminatını ön plana çəkin.
Yaşam arealında rekonstruktiv prosedurların aparılması effektiv nəticələr verə bilər.
Bilik
və bacarıqların artırılması, uzunmüddətli planlaşdırma, mürəkkəb
intellektual fəaliyyət üçün əlverişli zaman deyil. Malik olduğunuz
informasiyanı təhlil etməkdə çətinlik çəkəcəksiniz. Nəticələrinizin
bəziləri yanlış ola bilər.
Günün ikinci yarısı problemləri yaşlı qohumlarla müzakirə etmək üçün yaxşı zamandır. Real yardım alacaqsınız.
Tərəzi
- uğur vəd edən gündür. Böyük səy göstərmədən əla nəticələr əldə edə
bilərsiniz. Aktiv olun, qətiyyət və əzmlə çalışın. Rəqibləri geridə
qoymaq, bədxahları üstələmək üçün bütün imkanlardan, potensialınızdan
faydalanın. Əvvəllər kəsdiyiniz münasibətləri bərpa etmək,
ünsiyyətinizdə çətinliklərin yaşandığı insanlarla dil tapmaq şansınız
var.
Maliyyə və əmlak məsələləri ilə bağlı mübahisələri
aradan qaldırın. Kompromiss həll tapın. Ev üçün qeyri-adi əşyalar, o
cümldən ekzotik interyer detalları ala bilərsiniz.
Günün ikinci yarısında gəlir olacaq.
Əqrəb -
işgüzar aktivliyiniz yüksək olsun. Məhsuldar çalışın, yaxın
ətrafınızdakı insanların da tənbəllik etmələrinə imkan verməyin.
İstənilən işə başlayaraq onu yaxşı nəticələlərlə bitirə bilərsiniz. Daha
çox hərəkət edin. Enerjili, nikbin davranın.
Yaxın
ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Rəqabət mübarizəsi
kəskinləşir. Rəqabət elementləri hətta ailə münasibətlərinə də sirayət
edir. İnsanların sizə qarşı ədalətsiz olduqlarını düşünsəniz, bir neçə
münaqişənin əsasını qoya bilərsiniz.
Müdrik olun, hər xırda və əhəmiyyətsiz məsələni faciəyə çevirməyin.
Oxatan
- əlverişli gündür. Ən müxtəlif tapşırıq və işlərin öhdəsindən gələ
biləcəksiniz. Aldığınız pulu məntiqlə xərcləyin. Səyahətə yollanmaq
olar. Səfər yaxşı nəticə verəcək.
Nüfuzlu insanlarla ünsiyyət
üçün yaxşı gündür. Onlarda xoş təəssürat yaradacaqsınız. Yardım və
dəstək almağınız da istisna deyil. Yaşamınızda konkret dəyişikliklər
etmək imkanları, yeni perspektivlər yaranır. Rəğbət bəslədiyiniz insanla
təmaslarda diqqətli və həssas olun.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq
- praktik olun. Yaşam enerjisinin bir damlasını, pullarınızın bir
qəpiyini, vaxtınızın bir dəqiqəsini də boşuna xərcləməyin. Məhz olmalı
olduğunuz yerdə vaxtında olun. Yaranan imkanlar və şansları əldən
verməyin. Uğurlarınıza görə şəraitə və situasiyaya minnətdar olduğunuzu
düşünməyin.
İntuisiyanı unutmayın.
Günün ikinci yarısında bədbin olmayın. Həttə ən yaxın saydığınız insanlara qarşı ifrat irad və iddialarla çıxış etməyin.
Soyuqqanlı olun.
Dolça
- təmkinli, soyuqqanlı olun. Emosiyaların əsarətinə düşsəniz, bütün
işlərdə problemlər yaranacaq. Yaxşı heç nə gözləmədiyiniz insanlardan
biri sizə yardım edəcək. Nüfuzlu düşmən qazanmaq istəmirsinizsə,
aldığınız yardıma görə minnətdarlıq edin.
Səfərlərdə ehtiyatlı olun. Problemlər, o cümlədən ciddi çətinliklər ola bilər.
Yaxınlarınızla münasibətlərdə gərginlik yaratmayın. Belə situasiya varsa, səbəbi tapın və problemi çözün.
Özünütənqidi unutmayın.
Balıqlar
- xərc və məsrəflərin çox olduğu gündür. Pulları düşünmədən
xərcləsəniz, çox ağır vəziyyətə düşə bilərsiniz. Ağıllı, soyuqqanlı,
məntiqli olun. İşin öhdəsindən pis gəlməsəniz də, bunu həmkarlar və
tərəfdaşlar sanki görmək istəmirlər. Bundan inciməyin, bədbinləşməyin.
Düşünülməmiş addımlar, sərt ifadələrə yol verməyin. Diqqət mərkəzində
olacaqsınız.
Şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola
bilər. İntuisiyanız güclüdür və sizi məqsədə doğru aparır. Bunu anlayın,
müqavimət göstərməyin. Dəyərli və xoş hədiyyələr ola bilər.
Milli.Az