Azərbaycan prezidenti İlham Əliyev Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
17.2.2012

Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikası Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.