Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin)
anadan olmasının 130 illik yubileyinin qeyd olunması haqqında sərəncam
imzalayıb.
Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyinə Azərbaycan Milli
Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikası Ali Məclisi ilə
birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla,
Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planı
hazırlayıb həyata keçirmək tapşırılıb.
Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.