Böyük Britaniyada simsiz enerjidoldurma ilə təchiz edilmiş elektrik avtobusları istifadəyə verilmişdir
12.2.2014

Londondan 72 kilometr şimalda Milton-Kins şəhərciyində istifadəyə verilmiş avtobus marşrutunda işləyəcək elektroavtobuslar asfalta quraşdırılmış induksiya makarası ilə enerji toplayır.
15 mil uzunluğunda marşrutda 8 avtobus işləyir. Enerjidoldurma stansiyaları sonda və yolun ortasındakı dayanacaqlardan birində quraşdırılmışdır. Bu cür stansiyalarda 10 dəqiqə kifayətdir ki, avtobus marşrut üçün lazımi enerjinin böyük hissəsini toplasın.
Xatırladaq ki, bu cür sınaqlar Cənubi Koreya, İtaliya, Hollandiya və Almaniyada da aparılmışdır. Milton-Kins bələdiyyəsi gələcəkdə şəhərdəki bütün avtobus marşrutlarını elektrikə keçirməyi planlaşdırır.

AzərTAc