“British Airways” Azərbaycan turistləri üçün xüsusi tariflər tətbiq etmişdir
12.2.2014

“British Airways” aviaşirkəti “Müqəddəs Valentin günü” ərəfəsində Azərbaycanda London, Avropa və Şimali Amerika istiqamətində “Premium” sinfində uçuşlara xüsusi endirim kompaniyasına başlamışdır.
Aviaşirkətin Azərbaycandakı nümayəndəliyindən bildirilmişdir ki, “British Airways”ın endirimlərindən fevralın 16-dək yararlanmaq olar. Turistlər xüsusi tariflə alınmış biletlərlə fevralın 1-dən iyulun 31-dək səyahət edə bilərlər.
Böyük Britaniya və Avropa istiqamətində “Premium” sinif salonuna olan aviabiletlər 1932 avrodan, ABŞ və Kanada istiqamətində isə 2718 avrodan başlayır.

AzərTAc