Qoç - emosional fon stabil deyil. Xırda və kiçik
məsələlərə görə əhvalınızı pozmayın. Qətiyyətli və inadkar olsanız,
yaxşı nəticələrə nail ola bilərsiniz. Maraqlı işgüzar təkliflər
alacaqsınız. İşdə rəhbərlik ideyalarınızla maraqlanacaq.
Yaxınlarınızla
münasibətlərdə gərginlik yarana bilər. Sizi yaxşı anlamırlar. Siz isə
izahatlara simiclik edirsiniz. Alış-veriş üçün əlverişli gün deyil.
Nəzərdə tutmadığınız əşyaları almayın. Belədə pullar boşuna xərclənəcək.
Buğa -
hər şey istədiyiniz kimi olmayacaq. Əsla gözləmədiyiniz məqamda və
məkanda çətinliklər yarana bilər. Qəfil, ciddi maliyyə itkiləri ola
bilər. İtirilən pulların bir qismini sonradan geri qaytarmaq mümkün olsa
da, proses böyük səy tələb edir. İşdə rəhbərliklə fikir ayrılıqlları
istisna deyil. İş yerini dəyişməyə zərurətin yaranması istisna deyil.
Günün
ikinci yarısının emosional fonu yaxşı deyil. Sinirli və qıcıqlı
olmayın. Ətrafınızdakı insanlar sizdən uzaqlaşmağa çalışa bilərlər. Amma
sizi sevən insan çox səbrli olacaq və sonucda əhvalınızı
yaxşılaşdıracaq.
Əkizlər -
eksperimentlərə qatılmayın. Sınanmış, etibarlı vasitələrdən yararlanın.
Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni işlərə başlamağa
tələsməyin, əks təqdirdə qarışıqlıq və geriləmə ola bilər. Dostlarla
münasibətilərdə fikir ayrılığı yaranacaq. Mübahisəni ciddi münaqişəyə
çatdırmayın.
Şəxsi münasibətlərdə pərişan ola bilərsiniz.
Romantik təmaslar istədiyiniz kimi alınmır. Sevdiyiniz insanla
təmaslardakı ciddi problemi duyandan sonra məruz qaldığınız hisslərin
məzmununu anlayacaqsınız.
Xərçəng - iş
nə qədər sizə çətin gəlsə də, əhəmiyyətli irəliləyişə nail ola
bilərsiniz. İnadkar, qətiyətli olun. Planlarınızı həyata keçirmək üçün
əzmlə çalışın. Sonucda istəyinizə çata bilərsiniz. Bilik və bacarıqların
artırılması üçün əlverişli gündür. Aldığınız informasiyaların dərhal
karınıza gələcəyini xəyal etməyin.
Günün ikinci yarısında
planlaşdırılmamış vizit ola bilər. Qonaqların gəlişinə sevinsəniz də,
onlarla ünsiyyət sizi tez yoracaq. Axşam saatları gəzinti və kiçik
səfərlər, habelə romantik ünsiyyət üçün sərfəlidir.
Şir
- çox maraqlı, hadisələrlə zəngin gündür. Olaylar fərqli, müsbət və
mənfidir. Problem ondadır ki, yaranan imkanlara əksər hallarda düzgün
reaksiya vermirsiniz. Peşə fəaliyyəti ilə bağlı çətinliklərinizi çözmək,
karyera müstəvisində irəliləmək şansını dəyərləndirin. Nüfuzlu
insanlarla münasibətlərdə gərginlik yaratmayın. Bəzi qərar, söz və
addımlarınız aqressiv təsir bağışlaya bilər.
Yaranan ideyalara ciddi yanaşın. Bir qədər sonra onların bəzilərini reallaşdıra biləcəksiniz. Qarşınızda yeni imkanlar yaranır.
Bacarıq və potensialınıza inanın. Belə olarsa, ətrafınızdakı insanlar da sizə inanacaqlar.
Qız -
kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən işlərin öhdəsindən əla
gəlməyə çalışın. Qərarlarınız müdrik olsun. Tələskənliyə yol verməyin,
amma geridə də qalmayın, ətalətli və süst olmayın. Məntiqlə davranın,
yolunuzdan sapmayın.
Öz işlərinizi həll etmək əvəzinə bütün
vaxtınızı başqalarının problemlərinin çözülməsinə həsr etməyin. Yeni
sahədə, işdə fəaliyyətə başlamaq üçün əlverişli gündür. Yeni müttəfiqlər
və tərəfdaşlar qazanacaqsınız.
Yaxınlarla ünsiyyət, birgə istirahət, səfər və ya gəzinti üçün əlverişli zamandır. Axşam saatlarında darıxmayacaqsınız.
Alış-veriş edə bilərsiniz.
Tərəzi -
çətin, qarışıq, təbəddülatlı gündür. Bütün işlər planlaşdırdığınız kimi
alınmır. Özünüzdən savayı kimsəni suçlamayın. Başqalarının
münaqişələrinə qatılmayın. Sülhməramlı cəhdləriniz uğursuzluğa düçar
olacaq. Bir zamanlar sizə yardım edən, dəstək verən insanlar indi sizi
manipulyasiya qurbanı etməyə can atırlar. Onlar böyük qurbanlar tələb
edirlər.
Sərt, dönməz olun. Yalnız belə olan təqdirdə maraqlarınızı qoruyaraq hifz edə bilərsiniz.
Mənfi
təmayüllərin təsirlərinə rəğmən özünüz və yaxınlarınız üçün xeyli iş
görə bilərsiniz. Əsas məsələ sürətlə dəyişən situasiyaya tez
uyğunlaşmaq, ətrafınızdakı insanlar qarşısında ağır şərtlər qoymamaqdır.
Başqalarının nöqsanlarına və zəifliklərinə dözümlü olun.
Əqrəb
- gün asan və sadədir. Bir sıra işlərdə uğur qazana bilərsiniz.
Başlamalı olduğunuz işi intuitiv hiss edin. Təxirə salmaq və ya
başqasına tapşırılması gərəkən işi müyyənləşdirin, vaxt və imkanlarınıza
qənaət edin. Nikbin olun. İndiyədək sizdən uzaq durmağa çalışan
insanlar sizə can atırlar. Kommersiya fəaliyyəti, anlaşma və
sövdələşmələr üçün əlverişli gündür.
Günün ikinci yarısı o
qədər də uğurlu deyil. Mənfi təmayüllərin təsiri güclənir, işdə
fasilələr və gecikmələr yaranır. Kiçik anlaşılmazlıqların ciddi
problemlərə çevrilərək münaqişə ərəfəsi olmasına imkan verməyin.
Artıq heç nə deməyin.
Oxatan
- ciddi və önəmli işə başlasanız, uğur əldə edəcəksiniz. Orijinal
qərarlar qəbul edin. Mürəkkəb situasiyada qeyri-standard davranmaqla
ətrafınızdakı insanları təəccübləndirə bilərsiniz.
Lider məziyyətlərinizi nümayiş etdirsəniz, yeni müttəfiq və ya tərəfdaş tapa bilərsiniz.
Bilik
və bacarıqlarınızı, qabiliyyətinizi göstərmək üçün əlverişli zamandır.
İdeyalarınızı bölüşəndə onları dəstəkləyən olacaq. Romantik təmaslar ola
bilər.
Dostların yardım və dəstəyinə bel bağlamaq olar.
Oğlaq
- rutin, yeknəsək gündür. Tərəfdaş və ya müttəfiq sizə birləşən kimi
irəliləyə biləcəksiniz. Birgə layihəyə başlamaq üçün bundan yaxşı gün
çətin ki, tapılsın. Planlaşdırılmamış vizitlər ola bilər. Qonaqlara
sevinəcəksiniz.
Dəvət aldığınız toplantıya, çağırıldığınız məclisə gedin. Yanınızdakı şəxslərin sizə rəğbəti var.
Yeni tanışlıqlar olacaq. Lakin belə tanışlıqların sizdə ciddi maraq yaratması çətin məsələdir.
Dolça
- rəsmi olmayan şəraitdə ünsiyyət üçün əla gündür. Köhnə dostlarla
görüşdən həzz alacaq, yeni tanışlıqlar əldə edəcəksiniz. Orijinal
qərarlar qəbul edərək ekstravaqantlığınızla ətrafdakıları heyrətləndirə
bilərsiniz. Məqsədə çatmaq üçün qeyri-standart davranmaq olar.
Qonaq
qəbul etmək və ya qonaq getmək üçün yaxşı gündür. Peşəkar
fəaliyyətinizdə sizə yardım edə biləcək insanlarla ünsiyyətdə aktiv
olun.
Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar
- sadə olmayan gündür. Yolunuzda çoxsaylı sədlər və maneələr yaranır.
Onları dəf etməyin mümkünsüz olduğunu düşünməyin. Çətinliklər az deyil,
amma nikbin olun. Ən mürəkkəb anda yanınızda sizə mənəvi dəstək verməklə
yanaşı, real kömək edəcək insanı görəcəksiniz. Köhnə dostlar və sadiq
işgüzar tərəfdaşlarla görüş üçün münasib gündür.
Ailə üzvləri
ilə münasibətlərdə gərginlik yaratmayın. Sevdiyiniz insanla təmaslarda
diqqətli və həssas olun. İstək və arzularınızın köləsinə çevrilməyin.
Ani həzz hissi verəcək əyləncəyə pul xərcləməyin.
Milli.Az