Məmmədov Gürcüstanda ən geniş yayılmış soyadlardan biridir
17.2.2012

İki azərbaycanlı soyadı Gürcüstanda ən geniş yayılmış soyadlar beşliyinə düşüb. Gürcüstan Ədliyyə Nazirliyinin vətəndaş reyestrindən Trend-ə verilən məlumata görə, ölkədə populyarlığına görə Məmmədov soyadı ikinci (cəmi 25 968 nəfər), dördüncü yeri isə Əliyev (17 605) soyadı tutur.
Gürcüstanda ən populyar soyad Beridzedir (26 796). İlk beşliyə Kapanadze (17 976 - üçüncü yer) və Gelaşvili (17 221 - beşinci yeri) soyadları daxildir.
On yeddinci yerdə daha bir azərbaycanlı soyadı - Hüseynov (9 784), 18-ci - Bayramov (9 436), 21-ci - Həsənov (8 795), 26-cı - İsmayılov (8 527), 31-ci - Əhmədov (7 425), 47-ci - Musayevdir.
Qeyd etmək lazımdır ki, 50 ən populyar soyad siyahısında Gürcüstandakı başqa heç bir milli azlıq təmsil olunmayıb.

Trend