Olimpiyaçılarımızdan xəbər var
13.2.2014

Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya oyunlarında iştirak edən Azərbaycan təmsilçiləri yarışlara fevralın 16-dan qoşulacaqlar.

Bu barədə Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsindən verilən məlumata görə, ilk olaraq yarışa fiqurlu konkisürənlərimiz başlayacaqlar. Belə ki, Aleksey Sitnikov, Yuliya Zlobina fevralın 16-17-də çıxış edəcəklər.

Dağ xizəyi üzrə təmsilçilərimiz Patrik Braxner və Qaya Bassani Antivari isə fevralın 19-21-də çıxış edəcək.

Qeyd edək ki, azərbaycan Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunur. Azərbaycan Soçi Olimpiadasında ən yüksək mükafat vəd edən ölkələr sırasında birinci yerdədir. Belə ki, qızıl medala görə idmançılar 510, gümüş medala 255, bürüncə görə isə 130 min dollar pul vəsaiti ilə mükafatlandırlacaqlar.

ANS PRESS