Qoç - qətiyyətli və inamlı addımlar, qərarlar üçün
əlverişli gündür. İmprovizə edə bilərsiniz. Hadisələr gözlənilməz
məcrada inkişaf edirsə, adekvat addımlar atın. Çaş-baş qalmayın. Yeni
tanışlıqlar asanlıqla yaranır. Nikbin və pozitiv olun.
Komandada
çalışmaq pis deyi, amma müstəqil fəaliyyət də effektiv ola bilər.
Anlaşmalar gəlir gətirəcək. Alınan pulların məbləği arta bilər.
Axşam saatlarında həyat potensialı səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun, orqanizminizi sınağa çəkməyin.
Buğa
- səbrli və təmkinli olun. Məqsədə doğru inadlı, əzmli hərəkət
istənilən, gözlənilən effekti verməyəcək. Bununla belə, xoşagəlməz
fəsadlar da olmayacaq. Hadisələrin axarını sürətləndirməyə, əməkdaşlıq
və ya tərəfdaşlıq etdiyiniz insanlara təzyiq göstərməyə, çoxdan yaranmış
münaqişəni dərhal çözmək cəhdləri heç bir nəticə verməyəcək. Olayların
öz axarı ilə cərəyan etməsinə maneələr yaratmayın.
Sadəcə, cari işlərlə məşğul olun.
İşlərin
istədiyiniz kimi getməməsi sizi qıcıqlandırmasın. Başqalarının təklif
etdiyi həll variantının sizin təklifi üstələməsini anlayanda belə,
ifrata varmayın, aqressivlik etməyin. Neqativ emosiyalar sizi səhvlərə
vadar etməsin.
Əkizlər - səhih
davranış modelini sevmək çətindir. Sizə yardım etmək istəyənlərlə sərt
davranmayın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə kiçik problemlər
yarana bilər. Çətinliklərə sərt reaksiya münaqişəyə səbəb olacaq.
İxtilaf və fikir ayrılıqlarının qarşıdurmaya səbəb olmasına rəvac
verməyin. Heç bir səbəb olmadan aqressiv davranmayın.
Maliyyə
durumu sizi yanıltmasın. Gəlirlər çox olmasa da, vəziyyət pis deyil.
Dostlarla təmas üçün yaxşı vaxtdır. Özünüzü yaxşı hiss edə biləcəyiniz
yeri seçin.
Xərçəng - cari işləri
yerinə yetirmək üçün əlverişli zamandır. Əyləncə və istirahət niyyətinə
aldanaraq həllini tələb edən problemi qulaqardına vurmayın. Sizə maraqlı
təsir bağışlayan işi birgə yerinə yetirmək üçün həmfikir və ya müttəfiq
tapın.
Evdə kiçik anlaşılmazlıqlar və çətinliklər ola bilər. Problemlərin öhdəsindən gələcəksiniz.
Gəlirlər
istisna deyil. Çoxdan bəri arzuladığınız əşyanı, nəhayət ki, əldə
edəcəksiniz. Sevdiyiniz insanla təmaslarda çətinliklər yaratmayın. Addım
və qərarlarınızın motivləri bəlli olmalıdır.
Şir -
planlaşdırdığınız işin dərhal alınmaması sizi narahat etməməli, təlaşa
salmamalıdır. Əsas məsələ təslim olmamaq, səbrlə, tədricən
irəliləməkdir. Dostlar və yaxınlarınıza verdiyiniz vədləri,
öhdəliklərinizi unutmayın. Öz maraqlarınız və başqalarının mənafeləri
arasında seçim etməlisiniz. Ətrafınızdakı insanların fikrini mütləq
nəzərə alın. Xudpəsənd, təşəxxüslü olmayın.
Köhnə dostlarla
təmaslarda problemlər yarana bilər. Pul məsələsi anlaşılmazlıqlara səbəb
olmasın. Yaşam potensialı səviyyəsi aşağıdır. Yorğunluq səhhətinizdə
problemlər yarada bilər. Özünüzü qoruyun, qədərindən artıq iş görməyin.
Qız
- yaxşı, uğurlu və əlverişli gündür. Lakin ehtiyatlı olun, duruma
nəzarət edin. Nəzərdə tutulmamış alış-verişdə bədxərclik etməyin.
Xərcləri minimuma endirin. Yaxşı tanımadığınız insanların xoş sözlərinə
rəğmən, onlara etibar etməyin. Məqsədə çatmaq üçün formalaşmış ənənələr
çərçivəsindən və qaydalarından məngənəsindən çıxmaq gərəkdir. Bu, sizə
xoş gəlməyə bilər.
Peşəkar fəaliyyət müstəvisi ilə bahəm,
şəxsi münasibətlərdə irəliləyişə nail olacaqsınız. İstənilən, hətta ən
ağrılı məsələlərin müzakirəsinə hazır olun. Güzəşt və kompromisin
önəmini anlayın. Ətrafınızdakı insanların gizli istəkləri və
niyyətlərindən xəbər tutun. Ünsiyyət, danışıqlar və sövdələşmələr üçün
münasib gündür.
Tərəzi - çətin
və ya həddən artıq mürəkkəb olmasa da, xoşagəlməz nüanslar yaradacaq
gündür. Problemlərin səbəbləri qeyri-stabil emosional fondadır.
Sinirlənməyin, kiçik məsələlərə görə təbdən çıxmayın. İndiyədək əla
münasibətlərinizin olduğu insanlarla kobud danışmayın. Günün ikinci
yarısında fəaliyyət tempini bir qədər azaldın. Mühüm və çətin işlə bir
qədər sonra məşğul olmaq mümkündür. Qarışıq hisslər sizi yoracaq.
Ən yaxın insanlarla münasibətlərdə aqressiv olmayın. Şəxsi sərhədlərinizin pozulduğunu düşünüb hücuma keçməyin.
Əqrəb
- gərgin və çətin gündür. Lakin dostlar və yardımçıların köməyi ilə
problemi həll edə bilərsiniz. Ötənlərə qayıtmaq, bir zamanlar kəsilmiş
münasibətləri bərpa etmək istəyi yaranacaq. Amma unutmayın ki, səhvlərin
təkrarlanmasına yol verməmək asan deyil. Problemlər daha ciddi formada
geri qayıda bilər.
Önəmli məsələləri müzakirə etmək üçün
əlverişli zaman deyil. Vədlər verməyin, öhdəliklər götürməyin. Onların
əksəriyyətini yerinə yetirmək olduqca çətindir. Məşğul olduğunuz
istənilən işdə xırdalıqlara və detallara xüsusi fikir verin. Uğur məhz
onlardan asılıdır.
Oxatan -
günün ilk yarısı həddən ziyadə uğurludur. Aktiv və enerjili olsanız, çox
işlərin öhdəsindən gələ bilərsiniz. Mürəkkəb işlərə çəkinmədən
başlayın. Uğursuzluq ehtimalı sizi qorxutmasın. Yaxın ətrafınızdakı
insanlar sizə həvəslə yardım edəcəklər. Daşınmaz əmlak məsələsini həll
etmək, alış-veriş etmək olar.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Qəfil qonaq sizi sevindirəcək.
Kulinar eksperimenti gerçəkləşdirə bilərsiniz.
Oğlaq
- arxanızdakı körpüləri yandıraraq məqsədə doğru maniakal qətiyyətlə
irəliləməyin. Hədəfə çatmaq üçün sizə inanmayan müttəfiqlə vidalaşa
bilərsiniz. İşgüzar münasibətlərdə dəyişikliklər edin. Nüfuzunuzu və
mövqelərinizi gücləndirin. Bəzi hallarda ətrafınızdakı insanlara
onlardan üstün olduğunuzu göstərə bilərsiniz.
Günün ikinci
yarısı təlaşlı xəbər zamanıdır. Soyuqqanlı olun, anın diqtəsinə uyaraq
emosional davranmayın. Hər şeyi düşünüb-daşınsanız, ciddi narahatlıq
üçün səbəb olmadığını anlayacaqsınız. Uzaq qohumlardan birinin sizin
yardımınıza ehtiyacı var.
Dolça
- kiçik problemlər və çətinliklər olsa da, ümumən uğurlu gündür.
Yaranan problemləri dərhal, təxirə salmadan həll etməyə çalışın.
Həmfikir və dostların yardımlarından, dəstəyindən yararlana bilərsiniz.
Amma birgə fəaliyyətlə müqayisədə müstəqil çalışmağınız daha çox effekt
verə bilər.
Şəxsi münasibətlərdə harmoniyaya nail olun.
Yaxınlarınızla təmaslar sizi sevindirəcək, xoş anlar bəxş edəcək. Uzaq
qohumlar qonaq gələ bilər.
Günün ikinci yarısında dəyərli hədiyyə və ya gəlir istisna deyil.
Balıqlar
– imkanlarınız və potensialınızın dürüst qiymətləndirilməsi sizi
yanlışlıqdardan qoruyacaq. Əvvəlcə intuisiyanıza, sonra isə
ətrafınızdakı insanların dediklərinə və mövqelərinə inansanız, müdrik
addım atmış olarsınız. Kənardan absurd görünən addımlar ata bilərsiniz.
Lakin nəyi nə üçün etdiyinizi bilin.
Gəlir istisna deyil. Eyni zamanda ciddi məsrəfldər də ola bilər. Alış-veriş etmək olar.
Nəqliyyat vasitəsini idarə edərkən, yolda olanda ehtiyatlı davranın.
Milli.Az