Rozi adlı toyuq hava proqnozlarının dəqiqliyi baxımından hidrometeorologiya mütəxəssialəri və büroları ilə rəqabət apara bilər. O, yumurtaları vasitəsilə sabahkı havanın necə olacağını bildirir.
Məsələn, Rozinin yumurtasında xırda ağ nöqtələr çoxdursa, deməli, qar yağacaq. Nöqtələr uzunsov ləkələr formasındadırsa - yağış olmalıdır. Yox, əgər yumurtanrın üzərində bir mərkəzdən çıxaraq parçalanmış şüalar
varsa və bu şüalar Günəşi xatırladırsa - deməli, hava mütləq şəkildə
günəşli olacaq.
Bu "sinoptik" toyuq İngiltərənin Berkşir səmtindəki Medenhid şəhərindəki evlərdən birində saxlanılır.
Toyuğun sahibi, 30 yaşlı zabit Saşa Andersonun dediyinə görə, toyuğunun proqnozları indiyədək həmişə dəqiq olub.
milli.az