Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər saatlarında yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı
ehtimalı vardır.
Temperaturun gecə 2-5°, gündüz 6-10° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək,
nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz olacaqdır. Şərq küləyi 3-8 m/s.
Temperaturun gecə 2-7°, dağlıq ərazilərdə 12° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-3° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda
gecə 3-8°, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 2° şaxtadan
3°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 2-6°, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, az yağıntılı olacağı ehtimalı vardır.
Temperaturun gecə 4-7°, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacağı gözlənilir.
AzərTAc