Azərbaycan ərazisində havanın temperaturu sabahdan yüksəlməyə başlayacaq
20.2.2012

Sabahdan başlayaraq Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə başlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, bu gün axşamdan etibarən Bakı və Abşeron yarımadasında külək tədricən zəifləyəcək, sabahdan isə mülayimləşəcək: “Sabah ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə doğru gedəcək, temperatur 3-4 dərəcə artacaq. Yaxın 3 gün ərzində respublika ərazisində mülayim hava şəraiti gözlənilir”.

APA