Qoç - Məhsuldar iş günüdür. İşlər çox olacaq, amma
ruhdan düşməyin. Məşğul olduğunuz cari işlər, gerçəkdən də, önəmlidir.
Darıxmayın, pərişanlığa qapılmaın. Gəlirləri artırmaq imkanları yaranır.
Yeni işgüzar tərəfdaşlar tapmaq olar. Seçdiyiniz yoldan sapmayın,
əməllərinizdə və qərarlarınızda ardıcıl, qətiyyətli olun. İntizamı
unutmayın. Xoşagəlməz işi təxirə salmaq, bəyənmədiyiniz insanlarla
görüşə getməmək istəyinə qapılmayın.
Dəvət aldığınız tədbirə
qatılın. Orada siz vaxtınızı xoş keçirəcək, yeni tanışlıqlara nail
olacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Bir sıra hadisələr,
insanlar və məqamlarla bağlı mövqeləriniz maraqlıdır. Yaxın
ətrafınızdakı insanlar əməllərinizi bəyənəcəklər.
Buğa
- Xaotik hərəkət etməyin. Əvvəlcədən hazırladığınız plana riayət etməyi
unutmayın. Hətta ən kiçik məsələlərdə də intizamlı olun. Adi günlərlə
müqayisədə daha mühafizəkar olun. Qaydaları pozanlarla yox, ənənələrə
riayət edənlərlə birgə işə başlayın. Nüfuzlu şəxslərlə görüşmək,
potensial investor və ya işgüzar tərəfdaşla danışıqlar aparmaq olar.
Yeni iş yeri sahibi ilə danışıqlar, müzakirələr uğurlu ola bilər.
Maliyyə
məsələlərini sürətlə həll edin. Alış-veriş və investisiyalar üçün
əlverişli zamandır. Yaxınlarınız sizi qəribə laqeydlikləri, bütün
diqqəti öz işlərinə yönəltməkləriylə təəccübləndirə bilərlər.
Əkizlər
- Günün hadisələri sizi sevindirməyəcək. Planlarınızın bəzilərindən
imtina etmək və ya onlara ciddi dəyişikliklər etmək məcburiyyətində
qalacaqsınız. Yaranmış situasiyaya uyğunlaşmağa çalışın. İşlə yanaşı,
evdəki münasibətlərdə də çətinliklər yarana bilər. Sizi diqqətlə
dinləyəcək insana ehtiyacınız var. O sizə heç bir məsləhət verməməlidir.
Sadəcə, dəstəklə kifayətlənməlidir.
Günün ikinci yarısının
emosional fonu əlverişli deyil. İstəsəniz, əhvalınızı yaxşılaşdıra
bilərsiniz. Maraqlı məşğuliyyət kefinizi yaxşılaşdıracaq. Nə qədər
məşğul olsanız da, özünüzə vaxt tapın.
Xərçəng
- Yeni işlərə başlamaq üçün əla gündür. Uğur qazanacağınıza əsla şübhə
etməyin. İntuisiyanız sizi aldatmayacaq. Özünə güvənməyən insanlar sizin
yolunuzu təkrarlamağa çalışacaqlar. Hansısa mühüm işi reallaşdırmağa
başlayanda bu şəxslər etibarlı müttəfiqlər ola bilərlər.
Səfər
və ya səyahət yaxşı alınacaq. Onlar yeni təəssüratlar və maraqlı
tanışlıqlar vəd edir. Adi günlərlə müqayisədə bədxərclik etməyin.
Ehtiyac duymadığınız əşyalara pul xərcləməyin. Soyuqqanlı, məntiqli
olun.
Şir - Qüvvənizi toplayın.
Bu gün aktiv səylərə ehtiyac var. Qarşılaşdığınız sınaqları qətiyyətlə
dəf edin. Çətinliklər ciddi işlərlə yanaşı, xırda məsələlər və
detallarda da yarana bilər. Kiçik problemlər sizi xüsusilə qıcıqlandıra
bilər. İşdə həmkarlarla dil tapmaq asan deyil. Münaqişə riski artır.
Şəxsi
münasibətlər müstəvisində vəziyyət daha yaxşıdır. Burada müsbət
təmayüllərin təsiri daha güclü olduğundan özünüzü rahat hiss
edəcəksiniz.
Axşam saatları ailəvi istirahət, maraqlı birgə məğşuliyyət üçün yaxşıdır.
Qız
- Uzunmüddətli perspektivə hesablanmış planlar qurmaq, mühüm qərarlar
qəbul etmək olar. Yaranmış situasiyanı dürüst qiymətləndirin. Vəziyyətin
inkişafını və öz qüvvələrinizi, potensialınızı incələyin. Çox işləri
müstəqil görməli olacaqsınız. Əfsuslar olsun ki, bu gün hətta ən yaxın
müttəfiqlərinizə və silahdaşlarınıza bel bağlaya bilmirsiniz. İşlər çox
olsa da, onlar sizi həddən ziyadə yormayacaq.
Aktiv olun, enerjili çalışın.
Yeni
investor və ya nüfuzlu hami tapa bilərsiniz. Maliyyə duyumunuz bu gün
xüsusilə iti olmalıdır. Bu səbəbdən pulla bağlı məsələlərdə yanlışlığa
yol verməyin.
Tərəzi -
Yaddaqalan, qeyri-adi gündür. Fantaziyanızı, təxəyyülünüzü işə salın.
İstənilən problemin həllinə, işin görülməsinə yaradıcı yanaşın.
Qərarlarınız və əməllərinizin bəziləri yaxın ətrafınızdakı insanları
təəccübləndirəcək, hətta şoka salacaq. Sizə sürətlə rəğbət
bəsləyəcəklər. Yaşamınızda əhəmiyyətli dəyişikliyə səbəb ola biləcək
hadisə yaşanacaq.
Səfər və səyahətlər üçün münasib gündür.
Harada olsanız da, özünüzü naqolay, narahat hiss etməyin. Kiçik
çətinlikləri və problemləri nəzərə almayın.
Pozitiv emosiyalar daha çox olacaq.
Əqrəb
- Rəğbətini qazanmaq istədiyiniz insanlarla görüşmək üçün əlverişli
zamandır. Danışdığınız şəxslərdə özünüzlə bağlı xoş hisslər yaratmağa
çalışın. Yeni, maraqlı tapşırıqların alınması, sifarişlərin əldə
olunması istisna deyil. Karyeranızda irəliləyiş ola bilər. Yeni işə
başlayıbsınızsa, həmkarlarla asanlıqla dil tapacaqsınız.
İctimai və siyasi proseslərə marağınız artırsa, bunun sonrasındakı hadisələrə hazır olun. Diqqət mərkəzində olacaqsınız.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oxatan
- Sizə əsla maraqlı təsir bağışlamayan işlərlə məşğul olmaq
məcburiyyətindəsiniz. Əyləncə və istirahət planlarını təxirə salın.
Niyyətlərin ertələnməsi sizi qıcıqlandırmamalıdır. İşdə rəhbərliklə
münasibətlərdə çətinliklər yarana bilər. Üsyankar əhval-ruhiyyənizi
cilovlayın, vəzifəcə sizdən böyük olanlarla aşkar qarşıdurmaya
başlamayın.
Şəxsi münasibətləriniz daha harmonikdir.
Yanınızda olanların sizə rəğbəti böyükdür. Nikbin olun, ruhdan düşməyin.
Axşam saatlarında sizi xoş sürprizlər gözləyir.
Oğlaq -
Önəmli, məsuliyyətli, amma o qədər də çətin olmayan gündür. Nəyi niyə
etdiyinizi anlayın. Fəaliyyət istiqamətini intuisiyanız göstərəcək.
Yaşamınızdan şikayətlənməyin. İşdə həmkarlar və rəhbərliklə
münasibətlərinizin harmonik olmasına çalışın. Sizi təxribata çəkən
yaramaz, ləyaqətsiz insanın felinə düşüb emosional davranmayın.
İşdə qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.
Günün
maliyyə fonu əlverişlidir. Nəzərdə tutmadığınız gəlir əldə edə
bilərsiniz. Alış-veriş etmək olar. Pulu məntiqli şəkildə xərcləsəniz,
çoxlu pozitiv emosiyalar alacaqsınız.
Dolça
- Peşəkar fəaliyyət müstəvisindəki məsələlərin həlli, işgüzar görüşlər,
karyeranızın inkişafının asılı olduğu insanlarla təmaslar üçün
əlverişli zamandır. Dəvət aldığınız tədbirə qatılın. Orada həmfikir və
müttəfiqlə yanaşı, yeni dost tapa bilərsiniz. Yeni tanışlıq uğurlu
olacaq.
Yüksək zövq, qüsursuz davranış, həssaslıq və
qayğıkeşlik bu gün əsas məziyyətləriniz olmalıdır. Romantik görüş zamanı
əks tərəfdə xoş təəssürat yaradacaqsınız.
Balıqlar
- Aktiv və praktik olun. Cari məsələləri həll edin, uzunmüddətli
planlar qurun. Yeni ideyalar sadə olmalıdır ki, onları reallaşdırmaq
çətinlik yaratmasın.
Sizdən tələb olunan məsələ etibarlı
müttəfiq seçməkdir. Bu yöndə intuisiya sizə yardım edəcək. Əməlləriniz
və fəaliyyətiniz yaxın ətrafınızda olan insanlarda ciddi maraq
yaradacaq. Tənqidlərə əsla fikir verməyin, işinizlə məşğul olun.
Bilik,
təcrübə, yeni bacarıqlara yiyələnmək üçün əlverişli gündür. Yaşam
təcrübəsindən yararlana biləcəyiniz insanlarla tanış ola bilərsiniz.
İşgüzar və şəxsi xarakterli görüşlər uğurlu nəticələr verəcək.
Milli.Az