Olimpiada-2014-də fiqurlu konkisürənlərimiz final mərhələsinə çıxdı
17.2.2014

Bu gün Soçi qış Olimpiya oyunlarında Azərbaycan idmançıları da oyunlara qatılıb.

Qısa proqramda idmançılarımızdan Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 24 cütlük arasında 58.15 bal hesabı ilə 14 yeri tutub.

Bu nəticə idmançılarımıza final mərhələsində sərbəst proqrama qatılmaq imkanı qazandırıb.

Xatırladaq ki, final oyunu sabah baş tutacaq və Azərbaycanın fiqurlu konkisürənləri ilə yanaşı daha 20 cütlük finalda iştirak edəcək.

Gün.Az