Strategy Analytics analitik şirkətinin hesabatına əsasən, 2013-cü ildə smart saatların ümumi satış həcmi 1,9 milyon təşkil edib ki, onların da 61 faizi Google Android ilə işləyir.
Sözügedən bazarda aktiv və əsas oyunçu Koreyanın Samsung Electronics şirkətidir. Şirkətin Galaxy Gear qurğusu hazırda Cənubi Koreya, ABŞ və Böyük Britaniya bazarlarında fəal təşəkkül tapır.
Strategy Analyticsdən bildirilib ki, bazarda 1,9 milyon smart saat satılması fonunda 2013-cü ildə 227 milyon planşet və 990 milyon smartfon satılıb.
Milli.Az