Hər yaşın ayrı gözəlliyi olduğu
kimi, ayrı ehtiyacları da var. Hansı yaşda nə etməli olduğunuzu
bilsəniz, irəliləyən yaşlarda da gənc və gözəl görünərsiniz.
20 yaş – Dərinin nəmli qalması üçün yaxşı krem seçin
və mütəmadi olaraq istifadə edin. Belə ki, bəzi məşhurların tərkibində
mimikaların qırışlara çevrilməsinin qarşısı alan maddələr var. Ağır
kosmetika yerinə gənclərə uyğun olan kremlərə üstünlük verməlisiniz,
çünki yaşla əlaqədar olaraq dərinin altındakı ikinci təbəqə daha tez
zərər görür. Siqaret və turşulu içkilərdən uzaq olun. Dərini
antioksidantlarla yeniləyin.
30 yaş – Hüceyrələrə təsir göstərən retinol tərkibli
kremlər işlətməlisiniz. Bu dərinin daha parlaq və elastik olmasını
təmin edir. Dəriniz sizi narahat edir və xoşunuza gəlmirsə, dermatoloqla
məsləhətləşin. Botoks etdirməzdən əvvəl onun da fikirlərini öyrənin.
Günəş altında çox qalmayın.
40 yaş – A, C, E vitaminləri ilə zəngin kremlər
alın. Qırış əleyhinə serumlar da faydalı ola bilər. Yağ və şəkərdən
mümkün qədər uzaq olun. Meyvə və tərəvəzlər isə hər yaşda bol olmalıdır.
Gecələr gecyatmayın. Mümkün olduğu qədər gündüzlər də yatın.
50 yaş – Nəm balansını qoruyan kremlər
işlətməlisiniz. Yağlı məhsullar istifadə etmək olar. İstifadə etdiyiniz
məhsulların tərkibinin uzun müddət təsir göstərməsi də vacibdir.
Çəkinizin sabit olmasına fikir verin. Hər gün 2 litr su için.
publika.az