Qızıl Mercedes satışa çıxarılıb - Foto
20.2.2012

İsveçrəli iş adamı Uli Anlikerin sifarişi ilə tüninq olunmuş bu maşının indiki vəziyyətə düşməsi üçün 35 mütəxəssisdən ibarət komanda 30 min saat sərf edib.
Maşının qızılla bəzədilməsinə isə 4,2 milyon dollar xərclənib.
Avtomobil 260 km/saat sürətlə hərəkət edir.
Maşının bəzədilməsi prosesində ona 25 qat qırmızı rəng vurulub, sonra da bir çox detallar 24 karatlıq qızılla örtülüb.
Maşının salonu bahalı daş-qaş, ağac növləri və dəri ilə bəzədilib. 410 min dollara başa gəlmiş interyerdəki bəzəklər arasında 621 yaqut qaş da var.
Anlikerin dediyinə görə, onun avtomobili hazırda dünyanın ən bahalı maşınıdır.

avtomobil.az