Əməkdar rəssam Elçin Aslanovun yubiley sərgisi keçiriləcək
18.2.2014

Fevralın 18-dən 22-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində əməkdar rəssam Elçin Aslanovun 80 illik yubiley sərgisi keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, sərgidə rəssamın müxtəlif illərdə yaratdığı əsərlər nümayiş olunacaq.

E. Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. E. Aslanov 1982-87-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik edib.

2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb.

APA