İlk yeri ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü tutub.
Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürənlər arasında sərbəst proqramla çıxış yarışları başa çatıb.
20 cütlüyün birincilik uğrunda mübarizə apardığı yarışda 8-ci nömrə altında çıxış edən Azərbaycan idmançıları Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 90,48 xal toplayıblar və ümumi nəticə ilə (148,63) 12-ci yeri tutub.
İlk yeri qısa proqramın qalibi 116,63 xalla və ümumi nəticə ilə (195,52) ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü tutub.
Qeyd edək ki, fevralın 16-da keçirilmiş qısa proqramla çıxış yarışlarında 24 cütlüyün mübarizə apardığı yarışda 58,15 xal toplayan Yuliya Zlobina - Aleksey Sitnikov dueti 14-cü pillədə qərarlaşmışdı.
Qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olub. Kanadalı Tessa Virtue - Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Yelena İlyinıx - Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutublar. (Trend)
Oxu.az