Azərbaycanlı
xeyriyyəçilərin təşəbbüsü ilə quraq Afrika ölkəsi olan Tanzanyanın
paytaxtı Darussalam şəhərinin Mbaqala bölgəsində su quyusu qazılaraq
yerlilərin istifadəsinə verilib.
Bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb.
Fevralın 16-da açılan su quyusuna azərbaycanlı övliya, İslam alimi, mütəfəkkir Seyid Yəhya Şirvaninin adı verilib.
Su quyusunun açılış tədbirində Azərbaycandan
Gəncliyə Yardım Fondu (GYF), Türkiyə Əməkdaşlıq və Kordinasiya
Agentliyi (TİKA) və Türkiyənin bu ölkədəki səfirliyinin nümayəndələri
iştirak ediblər.
Yerlilərdən biri Azərbaycan nümayəndə
heyətinə təşəkkürünü bildirərkən bəzən bir qab su üçün bütün günlərini
itirdiklərini deyib.
“Bəzən 1 vedrə su üçün 10 km yolu piyada gedib, yenə də 10 km geri qayıdırdıq. Bu isə bizim bütün günümüzü alırdı”.
Oxu.az