22 fevral Şahdağ dağ-xizək kurortunda dünyada ilk dəfə olaraq ən ekstremal və şən qış müsabiqəsi – Red Bull Shakh Carpet keçiriləcək.
Hərfi mənası “Xalçaların Şahı” olan müsabiqənin ideyası ondan ibarətdir ki, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün istənilən vasitələrlə təchiz olunmuş iştirakçılar sonda kiçik tramplinin üzərindən hovuza atlanırlar. Əsası odur ki, iştirakçıların xüsusilə müsabiqə üçün yaratdıqları hərəkət vasitələrinin əsas elementi mütləq XALÇA olmalıdır!
Qeydiyyatdan keçmək üçün iştirakçılar öncədən komandanın kreativ konsepsiyasını fikirləşməli, xalça ilə sürüşmək üçün vasitəni düzəltməli, adını fikirləşməli və müvafiq şən kostyumlar hazırlamalıdırlar.
Müsabiqənin qaydaları:
- Komanda 2-3 iştirakçıdan ibarətdir.
- Hər komandaya çıxış üçün 5 dəqiqə verilir (performans - tullanma)
- Təchizat - əldəqayırma xalçalar (konstruksiyalar qurulmasında xizəkdən, snouborddan, altı buz bağlamış yeşiklərdən və ya qar üzərində hərəkət üçün istənilən digər “hərəkət vasitələrindən” istifadə edə bilərlər)
- Hər tullanma hakimlər tərəfindən aşağıdakı meyarlara əsasən qiymətləndiriləcək: tryukun icra texnikası, kostyumların və çıxışın özünün kreativliyi, tamaşaçıların simpatiyası.
Unikal tamaşa, unudulmaz əyləncə, bol drayv və ekstrim, eləcə də bir çox maraqlı hədiyyənin olacağına zəmanət verilir!
Layihə Şahdağ dağ-xizək kurortunun dəstəyi ilə 22 fevral tarixində, saat 13:00-da həyata keçiriləcək.
Ən yaradıcı 20 komanda Red Bull Shakh Carpet iventində iştirak etmək üçün seçilib.
Media işçiləri üçün 22 fevral 7:30-da Gənclik metrosundan transfer təşkil ediləcək.
Ətraflı məlumat üçün zəng edin: (+994 50) 229 96 38, gunaynazarova@hotmail.com
citylife.az