Qoç - Heç olmasa, bu gün inadkar, tərs olmayın.
Çevik, kompromisslərə meylli, dil tapmağa hazır olun. İşdə rəhbərlik və
həmkarlarla olan çoxdankı fikir ayrılıqlarını aradan qaldırın. Belə
olarsa, çalışma ritminin artdığını, mühitin yaxşılaşdığını hiss
edəcəksiniz.
İkiqat aktivliklə çalışın.
Yeni nə
isə istəyirsinizsə, imicinizlə eksperimentlər edə bilərsiniz. İdmanla
məşğul olmaq effektiv nəticə verəcək. Yaşam enerjiniz çoxdur,
yorulmayacaqsınız.
Buğa - Yaşam
və fəaliyyət arealında yenilənmələr aparmaq üçün əlverişli zamandır.
Alış-veriş etmək olar. Bəyəndiyiniz əşyanı və ya məhsulu almaq üçün pul
xərcləməkdən çəkinməyin. Səfər və ya səyahətə hazırlaşmaq,
planlaşdırmaq, təşkilati məsələləri həll etmək olar.
Bu gün səfərə yollansanız, sizi yeni tanışlıqlar gözləyəcək.
Yenilikləri həvəslə əxz edin. Tətbiqi yaradıcılıqda qüvvənizi sınayın.
Axşam saatlarında yaxşı istirahət edin.
Əkizlər
- Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlərdə sürprizlər
yaşana bilər. Yaşananlara ilk əvvəl təəccüblənəcəksiniz. Lakin sonradan
hadisələr sizə rutin təsir bağışlayacaq. Arzuladığınız təklifi alanda
belə, sevinə bilməyəcəksiniz.
Maraqlı tanışlıq, romantik münasibətlərin başlanması ola bilər.
Qida rasionuna diqqət yetirin. Tamahkarlıq etməyin, artıq yeməyin. Faydalı olmayan ərzaq və təamları rasiona daxil etməyin.
Axşam saatları gəzinti və ya dostlarla görüş üçün əla zamandır.
Xərçəng
- indiyədək həllolunmaz, müşkül sayılan məsələləri asanlıqla çözə
bilərsiniz. Darıxdığınız insanla qəfil görüş baş tuta bilər. Bir
zamanlar sıx münasibətlərdə olduğunuz, amma sonradan təmasları
kəsdiyiniz insanla görüş olacaq. Əlaqələrin bərpasının gərəkli
olub-olmadığını düşünün.
Yaşlı qohumlarla ünsiyyətdə səbirli,
soyuqqanlı olun. Bu gün onlarla dil tapmaq asan deyil. Məişət qayğıları
və ya maliyyə məsələləri fikir ayrılıqları ilə ixtilaf yarada bilər.
Şir -
Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş hisslər yaratmaq üçün
əlverişli zamandır. Təbii, səmimi olun. Olduğundan artıq görünməyə
çalışmayın. İşdə rəhbərlik və həmkarlarla münasibətlər harmonik olacaq.
Rəqiblər sizinlə aşkar qarşıdurmaya cürət etmirlər.
Maliyyə
baxımından uğurlu gündür. Gəlirlər gözləniləndən də artıq ola bilər.
Hədiyyə istisna deyil. İşlərdən birinin nəticəsi sevindirəcək.
Yaradıcılıq prosesinin özü nikbin hisslər yaradır.
Qız
- Bir gün üçün anlaşılmazlıqlar və çətinliklərin sayı ifrata çatacaq.
Ruhdan düşməyin. Hər şey yoluna düşəcək. Problemləri həll edən zaman
əzmkar olun. Müttəfiqlərin yardımlarına arxalanaraq rəqibləri üstələyin.
Günün ikinci yarısında alacağınız yaxşı məsləhət maliyyə itkilərinə yol verməməyə yardım edə bilər.
Orqanizminizin
imkanlarını olduğundan artıq dəyərləndirməyin. Hamı kimi, sizin də
istirahətə ehtiyacınız var. Etiraf etmək istəməsəniz də, belədir.
Gördüyünüz işlərin sayını, fəaliyyət intensivliyini bir qədər azaldın.
İfrat yorğunluq səhhətinizdə problemlər yarada bilər.
Tərəzi
- Sizi qətiyyətli və inadkar insan saymayan insanlar yanıldıqlarını
anlamalıdırlar. Buna nail olun. Sədlərə və maneələrə fikir vermədən
məqsədə doğru inamla irəliləyin. Bədxahlarınızın ehtimallarının puç
olduğunu göstərin, hədəfə daha tez çatın. Peşəkar fəaliyyət müstəvisində
ciddi uğurlar əldə edə bilərsiniz. Gəlir əldə olunması və ya vəzifənin
artması istisna deyil.
Yaxınlarınızla bu gün ən mübhəm,
pünhan məsələlərlə bağlı danışa bilərsiniz. Sizi dürüst anlayacaq,
dəstəkləyəcəklər. Ailəvi istirahətdə əhvalınız yaxşılaşacaq.
Əqrəb -
Bacarıq və biliklərinizə kimsənin qiymət vermədiyini düşünməyin. Bu,
yanlışdır, illüziyadır. Bu gün təriflənmir və dəyərləndirilmirsinizsə,
deməli, sizə ya paxıllıq edirlər, ya da kimsə hisslərini açıqlamağa
utanır. İşgüzar danışıqlar və görüşlər üçün əlverişli zamandır. Yalnız
öz fikri ilə mövqeyini absolyut həqiqət hesab edənlərin yanlış
düşündüklərini deyə bilərsiniz.
Romantik məzmunlu tanışlıq ehtimalı yüksəkdir.
Oxatan
- Köhnə dostlar və ya əvvəlki iş yerinizdəki sabiq həmkarlarınızdan
alınan xəbərlər sizi sevindirəcək. Uzun müddətdən bəri uğurlu və
effektiv fəaliyyət göstərdiyiniz insanlardan birindən işgüzar təklif
alacaqsınız.
Olaylara standart olmayan baxış, yaradıcı
yanaşma tələb edən məsələləri həll etmək üçün əlverişli zamandır.
Başladığınız eksperiment uğurla başa çatacaq.
Yaşam
potensialı səviyyəsi yüksəkdir. Enerjinizi konkret məqsədə və ya hədəfə
yönəltsəniz, özünüzü əla hiss edəcəksiniz. Günün ikinci yarısına səfər
və ya səyahət planlaşdırıbsınızsa, bunun nəzərdə tutulandan daha çox
vaxt alacağına hazır olun.
Oğlaq
- Rəğbət bəsləmədiyiniz, hətta zəhləniz gedən insanlarla çalışmalı
olacaqsınız. İrada, tənqidə sakit reaksiya verin. Konstruktiv olmayan
tənqidləri qulaqardına vurun. Məntiqli tənqiddən isə nəticə çıxarın. Bu
gün şəxsi həyatınızla bağlı məsələləri kimsə ilə müzakirə etməyin. Belə
davranışın heç bir faydası yoxdur.
Axşam saatlarında dəvət
aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırın. Qonaq qəbul etmək olar.
Belədə vaxtınız daha xoş keçəcək.
Gəzinti sizi yuxusuzluq problemindən qurtaracaq.
Dolça
- Əvvəlcədən hazırladığınız planları reallaşdırmaq üçün yaxşı gündür.
Xırdalıqlar və detallar fikrinizi yayındırmasın. Bütün diqqəti əsas işə
yönəldin. İkinci dərəcəli işlərlə etibar etdiyiniz insan maraqlana
bilər. Gəlir və hədiyyə istisna olunmur.
Rəğbət bəslədiyiniz
insanlar sizdə narahatlıq yarada bilərlər. Hisslərinizi gizlətməyin. Bu
gün açıq danışaraq sizi maraqlandıran məsələlərə konkret cavablar ala
bilərsiniz. Axşam saatlarında maraqlı və cəsur ideyalar yarana bilər.
Onlardan bəzilərini ən yaxın vaxtlarda gerçəkləşdirməyə çalışın.
Balıqlar -
Yaxın ətrafınızdakı insanlar sizə pis olmayan məsləhətlər verirlər.
Bildiyiniz kimi davranaraq kobud səhvlərə yol verməyin. Bu gün aldığınız
dərslər faydalı ola bilər. İşdə karyera inkişafı ilə bağlı məsələləri
rəhbərliklə müzakirə etmək olar. Maaşın artırılması məsələsini də
gündəmə gətirin. Yekun cavabın bir qədər sonra veriləcəyinə hazır olun.
Şəxsi
münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Yaşamdan
şikayətlənməyə səbəb yoxdur. Sevdiyiniz insan ideyalarınızı
dəstəkləyəcək. Təşəbbüskar olmaqdan çəkinməyin.
Milli.Az