20 illik yubileyi ilə əlaqədar SINAM-ın rəhbərliyinin təbriki
18.2.2014

Hörmətli həmkarlar, əziz dostlar!

Bu gün SINAM-ın  20 yaşı tamam olur. Bu 20 illik fəaliyyətimiz ərzində ugurlar qazananda da, problemlərlə üzləşəndə də bir-birimizə dəstək nümayiş etdirmiş və həmişə birlikdə olmuşuq. İnformasiya Kommunikasiya Texnologiyaları, e-Hökumət həlləri, ən müasir informasiya texnologiyalarının tətbiqi sahəsində nail olduğumuz uğurlar şirkətimizə, ölkəmizdə və regionda layiq olduğu yeri – lider mövqeyini qazandırmışdır.

İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan, cəmiyyətin həyatına dərindən nüfuz etmiş İKT sahəsində də,  sürətlə inkişaf edən ölkələr səviyyəsinə yüksəlib. Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır. Böyük fəxarət hissi ilə bildiririk ki, bu yüksək nailiyyətlərin əldə edilməsində şirkətimizin də əməyi vardır və bu ugurları Biz, sevinc və qürur  hissləri  ilə qarşılayırıq.

Hamınızı şirkətimizin 20 illik yubileyi münasibətilə təbrik edir, öz ləyaqətli missiyamızı daha yüksək səviyyədə, ardıcıl həyata keçirmək üçün sizlərə can sağlığı, əzmkarlıq  və  müvəffəqiyyətlər arzu edirik.

                                                                                                                                 SİNAM MMC-nın rəhbərliyı