Qoç - Çətin, mürəkkəb gündür. Problemlərin axını
axşam saatlarına qədər davam edə bilər. Gözlənilməz dəyişikliklər və
xəbərlər sürətlə bir-birini əvəzləyir. Ardıcıllıq yoxdur. Perspektiv
istiqaməti seçin, irəliləyin və arxaya baxmayın.
Öz dalğanızı tutun.
Əsas layihə və ya işdə problemlər sərtləşə bilər. Axşam saatlarında sakit, rəvan istirahətə zaman ayırın. Pozitiv olun.
Buğa
- Köhnəlmə, usanma, təmir, profilaktika ilə bağlı mövzular yaranır.
Səhhətinizə fikir verin. Yaşananlara ciddi münasibət bəsləyin. Nəyəsə
nəzarəti itirdiyinizi hiss etdiyiniz məkanda və ya məqamda iradları
sərtləşdirməyin.
Yaşam arealını qaydaya salın. Sizi narahat
edən məsələni təhlil edin. Yeni marağa yönlənmək imkanları var. Buna o
qədər də harmonik olmayan şərtlər rəvac verir.
Bağışlamaq və
ya bağışlanmağa ümid etmək zamanıdır. Emosiyalarınızda laübalar var. Bir
mərhələni başa vurun, yenisinə qədəm qoyun.
Əkizlər
- Önəmli gündür. Yaşanan olayları səhih dəyərləndirin. Alınan
məlumatları təhlil edin, bundan sonrakı hərəkətlər üçün bazis
formalaşdırın. Qayğılar xüsusi diqqət tələb edir.
Başqalarının
maliyyə problemlərinin həllində onlara yardımçı olmağa çalışmayın. Bir
problemi həll etməyə başlayanda başqa çətinlik yarana bilər.
Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısı güclü və parlaq təəssüratlar vəd edir. Vaxtınızı xəsisliklə planlaşdırın.
Sevdiyiniz insanla laqeyd davranmayın. Ciddi planları reallaşdırmaq üçün əlverişli zamandır.
Xərçəng
- İmkan və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Situasiya
təhlükəli hədd ərəfəsində olanda dayanın. Ambisiyalarınıza enerji qidası
verməyin. Niyyətlərinizin reallaşdırılması üçün düşünülmüş ssenari
yoxdursa, macəra aramayın.
Sizi nə isə geri çəkir,
gerçəkləşməyən ümidlərlə arzulara yenidən baxmağa vadar edir. Pərişanlıq
yaradan təcrübə, başqalarının problemi ilə məşğul olmaq zərurəti yarana
bilər. Sakitləşin, emosional davranmayın.
Yaxşı istirahət əsəblərinizi sakitləşdirəcək.
Dostlarla görüş pozitiv emosiyalar vəd edir.
Şir
- Müstəqil və təkbaşına çalışmağa can atmayın. Belə davranış peşəkar
fəaliyyət müstəvisində problemlər yaratmaqla yanaşı, münasibətlərdə
sərinləşməyə səbəb ola bilər. Emosiyaları çılğınlıqla izhar etməyin.
Hisslərinizə hakim olun. Problemlərin yeni həll variantlarını arayın.
Yeni
mövzu və ya imkan yaranarsa, baş verənlərə münasibət bildirin. Müşkülün
həlli ilə bağlı fikirlərinizi açıqlayın. İşlə bağlı məsələlərdə heç
nəyi öz axarına buraxmayın. İşdə problemlər varsa, şəxsi həyatla bağlı
planlardan imtina edin.
Nəticələri təxminləyin, yardım arayın, özünüzü sığortalayın. Səhhətinizə fikir verin.
Qız
- Ayın ən qarışıq və çətin günlərindən biri olsa da, yenilənmə və bəzi
asılılıqlardan azadlıq vəd edən zamandır. Keçilən mərhələ,
münasibətlərdə və işdə yeni səviyyəyə keçid zərurəti ilə bağlı hiss
yarana bilər.
Situasiyanı dürüst qiymətləndirməyə emosiyalar
mane olmasın. Sərt qərarlar və addımlar nəticəsində münaqişəyə rəvac
verməyin. İşlərdəki və münasibətlərdəki mövcud durumdan narazılıq
gerçəkdən də önəmli işlər üçün əhəmiyyətli maneədir.
Heç nəyi dramatikləşdirməyin. Cari prosesləri nəzarətdə saxlamağa çalışın.
Tərəzi
- Yaşamınızda əvvəlki qaydada qalması mümkünsüz olan nəsnələr və
məqamlar enerji israfı tələb edir. Daha ciddi və perspektivli iş görmək
üçün nə iləsə vidalaşmalısınız. Çətindir, amma gərəkdir. Sizi
həyəcanlandıran dəyişikliklərə praktik baxın. Maliyyə məsələlərində
xüsusilə diqqətli olun.
Maliyyə əməliyyatlarını ya təxirə salın, ya da inandığınız insana üz tutun.
Önəm
verdiyiniz şəxslə münasibətlərdə böhran yarana bilər. Əməkdaşlığını
dəyərləndirdiyiniz insana iradları minimuma endirin. Peşəkar fəaliyyəti
şəxsi həyatdan ayırın.
Axşam saatlarında yaxşı istirahət edin.
Əqrəb
- Bir qədər durun, ətrafınıza baxın. Yeni orientirlər seçə biləcəyiniz
zamandır. Sizi qəfil informasiya və ya tamamilə yeni mövzuda, hadisədə
iştirak zərurəti gözləyir.
Daxili gərginlik, iddiaların səviyyəsini aşağı salmağa can atın.
Günün
hadisələri sınaq səciyyəli ola bilər. Bunun sayəsində diqqət
mərkəzinizdə olan nəsnələrin əsl dəyərini öyrənəcəksiniz. Tələbat
olmadan yeniliyə can atmayın.
Səhhətinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan
- Maliyyə əməliyyatları, hesaba pul yatırmaq, pul köçürmək və ya nə isə
almaq məsləhət deyil. İmkan düşən kimi borcu qaytarın, münaqişələrdə
barışıq mövqeyi tutun. Ziddiyyətlər düyününü sürətlə çözməyə çalışmayın.
Günün hadisələrini təxminləmək, onlara nəzarət etmək mümkün deyil.
Yeni ideyalar və stimullar yaranacaq. Konkret planlar qurmayın, hadisələri inkişaf etdirmək istədiyiniz məkanda olun.
Axşam saatlarında evlə məşğul olun, gərginlikdən qurtulun.
Oğlaq
- Hansısa hadisə və ya münaqişə ənənəvi davranışı dəyişə bilər.
Rəqabət, hakimiyyət uğrunda mübarizə və dominion olmaq istəkləri
güclənir. Gərginlik hiss olunan məqamda təşəxxüslü davranmayın. Yeni işə
və ya layihəyə başlasanız, ətrafınızdakı insanların yaratdıqları
problemlərlə qarşılaşa bilərsiniz. Çətinliklərin ilkin təzahürləri
görünən kimi problemləri həll etməyə, situasiyada harmoniya yaratmağa
çalışın.
Hazırlıq işlərinə başlayın. Planlara yenidən baxmaq, onlar arasında ən əlverişlisini saxlamaq olar.
Dolça
- Sizin üçün mühüm mövzularda proseslərin intensivliyi artır. Mühüm
vəziyyətin məzmunu ilə yanaşı, həmin prosesə münasibətiniz də dəyişə
bilər. Özünüzü və yaxın ətrafınızdakı insanları önəmli məsələnin həllinə
yönəltmək üçün qətiyyətli olmalısınız. Hadisələrin qəflətən
dəyişməsinə, emosiyalar burulğanına hazır olun.
Hisslər və
münasibətlər üçün mürəkkəb gündür. Münaqişə, qarşıdurma, baha başa
gələcək etiraflar, süjetin arzuolunmaz inkişafı istisna deyil. Maliyyə
əməliyyatları, alış-veriş istisna deyil.
İnformasiya ilə iş, mütaliə, yazışma, internetdə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Balıqlar
- Yığılmış gərginlik çıxış yolunu tapmalıdır. Yaxın ətrafınızdakı
insanların davranışlarındakı ənənəvi, amma xoşagəlməz məqamlara sərt
reaksiya verməyin.
Səbr kasanız daşmasın. Münaqişəli
situasiyalarda aqressiv olmayın, tez barışın. Açıq qarşılıqlı
münasibətlərin öz üstünlükləri var. Tərəfdaşla anlaşmaları yeniləmək
üçün yeni şanslar yaranır.
Hadisələrə süni təkan verməyin. Şəraitə nəzər salın, situasiyanı təhlil edin. Güzəştə getmyə hazır olun.
Axşam saatları stressdən qurtulun.
Milli.Az