"Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, 19 fevraldan etibarən, 3 gün müddətində Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinə qədər (Ayna Sultanova parkı istiqamətində) təmir işləri ilə əlaqədar olaraq yol bağlı olacaq. Sürücülərə alternativ olaraq Əcəmi Naxçıvani küçəsindən istifadə etmələri tövsiyə olunur.

Milli.Az