Yaxın günlərdə daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslar vasitəsilə real vaxt rejimində - onlayn verilməsinə başlanılacaq.
Bu barədə “Daşınmaz əmlaklar haqqında Milli Məkan Məlumat Bazasının İctimai Təqdimatı”nda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.
Onun sözlərinə görə, yeni mexanizmə görə daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində komitənin məlumat bazası vasitəsilə birbaşa vermək imkanı yaranacaq.
Gün.Az