TRT-nin Bakı Təmsilçiliyi “Hepimiz Hocalılıyız” (“Hamımız Xocalılıyıq”) adlı sənədli film çəkib.
Təmsilçilikdən verilən məlumata görə, son yüz ilin ən vəhşi
qətliamlarını həyata keçirən ermənilərin gerçək üzünü göstərən bu
sənədli filmdə Xocalı əhalisinin həyat mücadiləsi, ümidləri və
arzularından bəhs edilir.
“Hepimiz Hocalılıyız” sənədli filmi fevralın 21-də saat 13.05-də “TRT
Avaz” telekanalında ekrana gələcək. Proqramın təkrarı fevralın 26-da
saat 08.40-da yayımlanacaq.
TRT 1, “TRT Haber”, “TRT Türk” və “TRT Avaz”da Xocalı faciəsinin 20-ci
ildönümü ilə bağlı silsilə proqramlar efirə veriləcək. Bu televiziya
kanallarında erməni vəhşiliyi bir daha gündəmə gətirilərək Türkiyə və
dünyaya çatdırılacaq.
APA