TRT “Hamımız Xocalılıyıq” adlı sənədli film çəkib
20.2.2012

TRT-nin Bakı Təmsilçiliyi “Hepimiz Hocalılıyız” (“Hamımız Xocalılıyıq”) adlı sənədli film çəkib.
Təmsilçilikdən verilən məlumata görə, son yüz ilin ən vəhşi qətliamlarını həyata keçirən ermənilərin gerçək üzünü göstərən bu sənədli filmdə Xocalı əhalisinin həyat mücadiləsi, ümidləri və arzularından bəhs edilir.
“Hepimiz Hocalılıyız” sənədli filmi fevralın 21-də saat 13.05-də “TRT Avaz” telekanalında ekrana gələcək. Proqramın təkrarı fevralın 26-da saat 08.40-da yayımlanacaq.
TRT 1, “TRT Haber”, “TRT Türk” və “TRT Avaz”da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı silsilə proqramlar efirə veriləcək. Bu televiziya kanallarında erməni vəhşiliyi bir daha gündəmə gətirilərək Türkiyə və dünyaya çatdırılacaq.

APA