Qoç - İşə ciddi yanaşın. Qeyri-ciddilik,
hərdəmxəyallıq problemlər yarada bilər. Peşəkar fəaliyyət müstəvisində
irəliləyişə nail olmaq istəyirsinizsə, rəhbərliyin möveqlərinə zidd
addımlar atmayın. Bu minvalla müşkül situasiyalar yaratmayın. Kritik
məqamlarda məntiqli davranın. Belədə sizə səhvlərinizi bağışlayarlar.
Günün
ikinci yarısının maliyyə fonu uğurlu deyil. Planlaşdırılmamış xərclər,
itkilər ola bilər. Anlaşma və sövdələşmələr perspektivli deyil.
Şəxsi münasibətlərdə aktiv olun.
Axşam saatlarında normal istirahət edin.
Buğa
- Müsbət təmayüllərin təsir gücü artır. Nəzərdə tutduğunuz ideya və ya
planı uğurla reallaşdıra bilərsiniz. Gələcəklə bağlı planlar qurmaq
olar. Onları tez bir zamanda həyata keçirməyə çalışın. Şəxsi
münasibətlərdə təşəbbüs zamanıdır.
Həmkarlarınız, dostlarınız, qohumlarınız sizi dəstəkləyəcəklər.
Günün
ikinci yarısı maliyyə baxımından uğurludur. Gəlir əldə etmək, sərfəli
anlaşma və ya sözləşməyə nail olmaq şansları var. Pulu məntiqlə
xərcləyin. Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər
- Sizə maraqlı təsir bağışlamayan işlərə çox vaxt sərf etməli
olacaqsınız. Əfsuslar olsun ki, bu işləri nə başqasına həvalə etmək, nə
də təxirə salmaq mümkün deyil. Sizə əziz olan insanlarla münasibətlərdə
problemlər yarana bilər. Səylərinizə rəğmən, ixtilafın qarşısını almaq
asan deyil.
Narahat olmayın. Mənfi təmayüllərin təsiri çox çəkməyüəcək. Münasibətlərdəki harmoniya bərpa olunacaq.
Alış-veriş məsləhət deyil. Sizə əsla gərək olmayan əşya ala bilərsiniz.
Xərçəng
- Kiçik çətinliklər yaranacaq, amma onları uğurla dəf edəcəksiniz.
Dostlar və etibarlı, sınanmış müttəfiqlər sizə yardım edəcəklər.
Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı sözləşmə üçün əlverişli
zamandır. Yeni tanışlıqlara laqeyd yanaşmayın. Az sonra onlardan biri
faydalı ola bilər.
Günün ikinci yarısında yeni məqsədlər və
hədəflər formalaşacaq. Onlar peşəkar fəaliyyətinizi daha rəngarəng
edəcək. Şəxsi münasibətləri unutmayın. Təşəbbüskar olsanız, müsbət
dəyişikliklər və irəliləyişlər yaşanacaq.
Şir
- Maraqlı gündür. Fəal olun, süstlüyə qapılmayın. Gündəlik, rutin
işlərə yaradıcı yanaşma gərəkli nəticəyə nail olmaqla yanaşı, yeniliyi
əxz etməyə imkan verəcək. Yeni müttəfiqlər tapa bilrsiniz. İntuisiyanız
itidir. Onun siqnallarına qulaq assanız, hətta ən çətin vəziyyətdə də
kobud səhvlərə yol verməyəcəksiniz.
Yaxın ətrafınızdakı
insanların sizin yardımlarınıza ehtiyacı var. Dəstək olmaqdan boyun
qaçırmayın. Amma kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə etsin.
Səfər və səyahət, habelə uzaqdan gəlmiş şəxslə ünsiyyət üçün əlverişli
zamandır.
Qız - Enerjili, aktiv
olun. İntizamlı davranın. Soyuqqanlı və təmkinli hərəkətlər bu gün əsas
üstünlüyünüz ola bilər. Əvvəlki günlərlə müqayisədə daha çox işləməli
olsanız da, yorğunluqdan şikayətlənməyin. Yeni ideyalar və cəsarətli
təşəbbüsləri dəstəkləyin. Qeyri-standart qərarlar qəbul etməyi bacaran
insanla qarşılaşacaqsınız.
Günün ikinci yarısında liderlik
məziyyətlərinizi büruzə verin. İşdə belə davranış pis deyil. Amma şəxsi
münasibətlərdə ehtiyatlı olun. Əks təqdirdə toqquşmalar ola bilər.
Planlaşdırılmamış xərclər istisna deyil. Maliyyə vəsaitini nəzarətdə
saxlayın, bədxərclik etməyin.
Tərəzi
- Gün çətin, mürəkkəbdir. Emosiyalarınıza hakim olun. Ən əlverişsiz,
gərgin anlarda hisslərinizin nəzarətdən çıxmasına imkan verməyin. Önəm
verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq cəhdləriniz
uğursuzluğa düçar ola bilər. Bacarıq və biliklərinizi görmək istəmir,
çatışmazlıqlarınızı isə həddən ziyadə şişirdirlər.
Günün
ikinci yarısında maliyyə fonu uğurlu deyil. Ciddi itkilər ola bilər.
Alış-veriş etməyin, anlaşma və sövdələşmələrə can atmayın. Maraqlı
məşğuliyyətlər üçün əlverişli zamandır. Yaradıcı yanaşma tələb edən,
amma xüsusi bacarıq və ya ustalıq tələb etməyən işə başlaya bilərsiniz.
Əqrəb
- İşgüzar danışıqlar və şəxsi səciyyəli görüşlər yaxşı keçəcək.
İndiyədək dil tapa bilmədiyiniz insanlarla anlaşa biləcəksiniz. Mürəkkəb
və genişmiqyaslı peşəkar layihələrə başlamaq olar. Kommersiya
fəaliyyəti gəlir verəcək. Gəlir təxminlədiyinizdən də artıq ola bilər.
Səfər,
səyahət, şəraiti dəyişmək üçün əlverişli zamandır. Qeyri-adi, orijinal
hadisələrə və nəsnələrə maraq artır. Yaşam potensialının səviyyəsi
yüksəkdir.
Səhhətinizdə problemlər olmayacaq.
Oxatan
- Gərgin və məhsuldar fəaliyyət günüdür. Bu işin nəticələrini dərhal
görməyəcəksiniz. Səbirli olun. Hadisələri sürətləndirmək, süni
təkanlardan yararlanmaq cəhdləri yaxşı heç nə vəd etmir. Yeni işgüzar
münasibətlər yaratmaq, işdəki münaqişəni çözmək və nizamlamaq üçün
əlverişli zamandır. Yeni müttəfiqlər olacaq. Ən başlıcası isə odur ki,
çoxdankı qarşıdurmaya son qoymağa çalışın.
Tikinti, inşaat və
təmir üçün əlverişqli zamandır. Məişət texnikası, mebel, interyer
predmetləri almaq olar. Nəqliyyat vasitəsi almaq istəyirsinizsə, seçimdə
yanılmayın.
Oğlaq - Bu gün
qəbul edəcəyiniz qərarları həyata keçirin. Onlar yaşamınızda müsbət
dəyişikliklərə səbəb ola bilər. Önəm verdiyiniz insanlarla ünsiyyət üçün
yaxşı gündür. Müttəfiqlə yanaşı, nüfuzlu hami arayın. Peşəkar fəaliyyət
müstəvisində irəliləyiş şansları yaranır. Daha maraqlı, maaşı yüksək
olan iş tapa bilərsiniz.
Başqalarının təcrübəsi faydalı ola
bilər. Yaxın ətrafınızdakı insanların səhvləri və yanlışlıqları sizə
dərs olsun. Ciddi səhvlərə yol verməməyə çalışın. Nəzərdə tutulmamış
alış-veriş və əyləncə məsləhət deyil.
Dolça
- Çətin, qarışıq və mürəkkəb gündür. İşdə problemlər yaranacaq. Şəxsi
münasibətlərdə də rəvanlıq və sakitlik müşahidə olunmur. Ən pisi odur
ki, niyyət və planlarınızda konkretlik yoxdur. Sonradan sizə təəssüf
hissi yaradacaq addımlar atmayın.
Emosional fon gərgindir.
Yaxşı əhval-ruhiyyəni qorumaqda çətinlik çəkəcəksiniz. Amma sınamağa,
cəhd göstərməyə dəyər. Sizi maraqlandıracaq məşğuliyyət tapacaqsınız.
Axşam saatlarında gəzinti sizə yuxusuzluq və baş ağrılarından qurtulmağa imkan verəcək.
Balıqlar
- İşgüzar baxımdan çox əlverişli gündür. İstənilən problemin və ya
çətinliyin öhdəsindən sürətlə gəlin. Rəqibləri üstələyin. Hətta ən çətin
durumda belə, qətiyyəti və inamı itirməyin. Toplantı, iclas və ya
seminara qatılmaq üçün münasib zamandır. Sizə maraqlı gələn insanların
rəğbətini qazanın. Diqqət mərkəzində olanda özünüzü rahat hiss edin.
Sizi tərifləyəcəklər.
Romantik tanışlıq ehtimalı yüksəkdir.
Belə münasibət sizə pozitiv emosiyalar bəxş edəcək ciddi münasibətlərin
təməlinə çevrilə bilər.
Milli.Az