"Kirpi" pirojnalarının hazırlanma qaydasını sizə təqdim edirik.
Tərkibi:
700 q peçenye
2 banka qatılaşdırılmış süd
150 q şəkər pudrası
3-4 x.q. kakao
250 q kərə yağı
4 x.q. xaş-xaş
100 q təmizlənmiş günəbaxan tumu
bir neçə quru zirinc
Adi peçenye çox uşağın elə də xoşuna gəlmir. Ancaq ondan kirpi düzəltsəniz, zənnimcə, yox deməzlər.
Peçenyeni
xırdalayın. Bir ləyənə yığın. Şəkər tozu və kakao ilə qarışdırın.
Qatılaşdırılmış süd, yumşaldılmış yağ əlavə edib əlinizlə yaxşıca
yoğurun.
Alınan qarışıqdan kündələr tutun, bir ucunu azca dartıb
uzadın, "kirpi"nin "burnu" olsun. "Kirpi"lərin "sifət" hissələrini
əlinizlə tutub qalan yerlərini xaş-xaşa batırın.
"Gözlərini" və
"burnunu" qurudulmuş zirincdən düzəldin (bunun əvəzinə şokoladdan da
istifadə edə bilərsiniz). Sonra günəbaxan tumlarından "tikan" düzəldin.
Düzdür, vaxtınız gedəcək, amma dəyər.
Nuş olsun!
Resept və foto: vk.com/feed
Milli.Az