Britaniyanın nüfuzlu “The Guardian” qəzeti azərbaycanlı cazmenin yaradıcılığından bəhs etmişdir
20.2.2014

Britaniyanın nüfuzlu “The Guardian” qəzetində azərbaycanlı pianoçu, dünya şöhrətli cazmen Şahin Növrəslinin yaradıcılığı haqqında məlumat dərc edilmişdir.
Məqalədə Ş.Növrəslinin musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başladığı, digər dünya şöhrətli pianoçularımız Vaqif Muztafazadə və Əzizə Mustafazadə kimi Azərbaycan sənətini dünyada tanıtdığı qeyd edilmişdir. Bildirilmişdir ki, azərbaycanlı sənətkarlar musiqinin caz janrı ilə milli xalq musiqisi - muğamın sintezinə nail olmuşlar.
Məqalədə pianoçumuzun adı dünya şöhrətli sənətkarlar Brad Mehldau və Herbi Hankok ilə birgə çəkilir. Məlumatda, həmçinin “Bayatı Şiraz” haqqında məlumat verilmişdir.
Məqalənin tam mətnini aşağıdakı linkdən əldə etmək olar: http://www.theguardian.com/music/2014/feb/06/shahin-novrasli-bayati-review?CMP=twt_gu

AzərTAc