İsveçin paytaxtından şimalda yerləşən yaşayış məntəqəsinin
yaxınlığındakı meşə yolunda öz maşınında iki ay qarın altinda qalmış
isveçli kişi sağ-salamat tapılmışıdr.
Motorlu xizəksürənlər 45 yaşlı isveçlinin maşınını oradan keçərkən
təsadüfən aşkar etmişlər. Soyuqdan sifəti göyərmiş bu şəxs taqətsiz
vəziyyətdə maşınında uzanmış halda olmuşdur.
Milad bayramı vaxtından maşını ilə birlikdə qarın altında qalmış bu
insanın iki ay hər hansı qida qəbul etmədən sağ qalmasını hamı möcüzə
hesab edir.
Qar altından çıxarılmış şəxsi dərhal xəstəxanaya yerləşdirmişlər.
Taqətdən düşmüş qar əsiri çox çətinliklə danışır. Onu müayinə edən
həkimlər insanların adətən qida qəbul etmədən uzaqbaşı 4 həftə yaşamaq
imkanları olduğunu bildirmişlər. Kişinin ara-sıra qar yeməsi və ayı kişi
dərin yuxuya getməsi onun belə şaxtalı havada sağ qalmasına səbəb
olmuşdur.
Yerli polisə bu şəxsin itkin düşməsi barədə hər hansı məlumatın daxil olmaması da təəccüb doğurur.