Facebook sosial şəbəkəsi “WhatsApp” ismarışlaşma proqramını alıb.
Satınalmanın məbləği 19 milyard dollar təşkil edir.
Satınalmaya görə, Facebook 4 milyard dollar məbləği nağd olaraq ödəyəcək, 14 milyard dolları isə hissə şəklində “WhatsApp”a veriləcək. Əlavə olaraq 3 milyard dollar isə daha sonrakı tarix üçün “WhatsApp”ın qurucuları və işçiləri üçün nəzərdə tutulur.
Hazırda “WhatsApp” sisteminin 450 milyon istifadəçisi var. “WhatsApp”ın yeni sahibinin hədəfi isə 1 milyard istifadəçi sayına nail olmaqdır.
Bu saziş Facebook-un indiyə qədər imza atdığı ən böyük sazişidir.
“WhatsApp” Facebook-a satıldığını rəsmi bloqundan da təsdiq edib. Bloqda qeyd olunub ki, bu ismarışlaşma sisteminin inkişafı və böyüməsi üçün atılmış addımdır və bundan sonra istifadəçilərə daha yaxşı xidmət ediləcək.
Gün.Az