2014-cü ilin aksessuar dəbi - FOTO
20.2.2014

Xanım oxucularımızı nəzərə alaraq hər zaman çalışırıq ki, dəblə əlaqəli olan yenilikləri sizə çatdıraq.

2014-cü ilin aksessuar dəbinə nəzər salsaq, zəncirlərin daha çox aktual olduğunu görə bilərik. Xüsusən də iri zəncir bilərziklər və boyunbağılar, hətta zəncir kəmərlər çox dəbdədir. Bu ilin dəbdə olan digər trend aksessuarlarından biri də "happy", "love" yazılı boyunbağılardır. Bu tərz boyunbağılar bir çox tanınmış markanın kolleksiyasında yer alıb. Daha çox isə "Chanel" brendində gözə çarpır.

Bunlardan əlavə iri daşlı sırğalar da dəbdədir. Həcmli və gözəgəlimli aksessuarlar 2014-cü ilin ən trend aksessuarları arasındadır. Muncuqlu və zəncirli bilərziklər bu mövsümün trendlərinə daxildir.

Sadəliyə üstünlük verən xanımlar isə minimalist aksessuarlara müraciət edə bilərlər. Klassika onları xilas etmək üçün ən yaxşı vasitədir.

Dəbdə olan askessuarların fotolarını sizə təqdim edirik:















ANS PRESS