“PolyMic” saytı Amerika iqtisadiyyatının konsolidasiyasından bəhs edib. Aydın olur ki, aldığımız hər bir şey – ərzaq məhsulları, geyim, kosmetika və hətta ev heyvanları üçün qidalar 10 nəhəng şirkət tərəfindən idarə edilir.
“Seçim illüziyası” sxemində təsvir olunduğu kimi, avtomobil və elektrotexnika ilə yanaşı, aldığımız hər bir şeyi 10 nüfuzlu şirkət istehsal edir.
84 milyard dollar dəyərində olan “Procter&Gamble” şirkəti Amerikanın ən böyük reklam verən şirkəti hesab edilir və çoxsaylı brendlər ilə məşhurdur. Şirkətin nəzdində, demək olar ki, hər şey istehsal edilir - dərmandan, diş pastasIndan tutmuş, dəbli geyimə qədər. Bütün dünya üzrə 4,8 milyard insan bu şirkətin məhsullarından istifadə edir.
200 milyard dollarlıq “Nestle” şirkəti hazırda bütün dünya üzrə ən böyük qida istehsalı şirkətidir. “Nestle” şirkəti “Kiehls” kosmetikası və “Giorgio Armani” parfümeriyası daxil olmaqla 8 min müxtəlif brendləri idarə edir.
Konsolidasiya tək istehlak məhsullarında deyil, bir çox digər sahələrdə də baş verir. 1983-cü ildə Amerika mətbuatının 90 faizi 50 müxtəlif şirkətə məxsus idi. İndi də o 90 faiz 5 nəhəng tərəfindən idarə edilir.
Amerikanın maliyyə aktivlərinin 54 faizinə dair qərarları dünyanın 10 nəhəng maliyyə institutu verir.
Gün.Az