Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş gecə keçiriləcəkdir
21.2.2014

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində görkəmli pianoçu, bəstəkar, caz-muğam janrının banisi, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş konsert-tamaşa keçiriləcəkdir.

Tədbir Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri ilə Beynəlxalq Muğam Mərkəzinin birgə həyata keçirdikləri layihə çərçivəsində təşkil olunacaqdır.

Konsertdə Vaqif Mustafazadə adına “Sevil” vokal instrumental ansamblı və Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin nəzdində fəaliyyət göstərən “Cazz Bənd” qrupu çıxış edəcəklər.

AzərTAc