Qoç - Maraq dairənizdə olan işə nə qədər tez
başlasanız, bir o qədər yaxşı nəticələrə nail ola bilərsiniz. Qətiyyətli
və əzmkar olun. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görəcəklər.
Yeni müttəfiq və ya tərəfdaş qazana bilərsiniz. Qohumlarla çoxdankı
anlaşılmazlıqlardan birinə son qoymaq, sevdiyiniz insanla
münasibətlərdəki sərinliyi aradan qaldırmaq imkanları var.
Səhhətinizə fikir verin. Sağlamlıqda problemlər riski var. Uzun müddət sükan arxasında olmayın. Ağır fiziki işdən imtina edin.
Buğa
- Yeni tanışlıqlar asanlıqla yaranır. Maraqlı insanlarla tanış ola
bilərsiniz. Yaşamınızda önəmli rol oynaya biləcək yeni təmas formalaşa
bilər. Sevdiyiniz, rəğbət bəslədiyiniz insanları xoş xəbərlərlə
sevindirin.
Maliyyə durumu yaxşı deyil. Nəzərdə tutulmamış
xərclər, itkilər ola bilər. Borc aldığınız insanlar pullarını
istəyirlər. Köhnə borcları qaytarın. Yaşlı qohumlarla problemlər ola
bilər. Onlar ideyalarınızı dəstəkləmir, sizi sərt tənqid edirlər.
Əkizlər
- Pərişanlıq və təəssüf, itkilər istisna deyil. Etibar etdiyiniz,
güvəndiyiniz insanlar etimadınızı doğrultmayacaqlar. Olayların
əlverişsiz inkişaf məcrası sizi planları sürəkli dəyişməyə,
səbirsizliklə gözlədiyiniz görüşləri təxirə salmağa vadar edəcək. Ailədə
mübahisə, yaşlılarla münaqişə riski var.
İş və ya kommersiya
fəaliyyəti ilə bağlı xoşagəlməz xəbərlər alacaqsınız. Maliyyə və əmlak
məsələlərini həll etmək, alış-verişə yollanmaq, anlaşma və ya
sövdələşməni nəzərdən keçirmək məsləhət deyil.
Xərçəng
- Qeyri-standart qərarlar günüdür. Pozmaq istəmədiyiniz qayda yoxdur.
Ehtiyatlı və məntiqli olun. Eksperimentlərə vaxt sərf edərək əsas
məqsəddən yayınmayın.
Şəxsi münasibətlərdə harmoniya hökm
sürür. Yaxınlarınızla dil tapın, onların təlaş və ya sevinclərini
bölüşün. Yardıma ehtiyac duyan insana kömək edin. Maraqlı və sadə
işlərlə məşğul olun. Yeni tanışlıqlar üçün əlverişli zamandır.
Şir
- İşgüzar təmaslar, danışıqlar, müqavilə və anlaşmalar, təşkilati
məsələlərin həlli üçün əlverişli zamandır. İşlər və yerinə yetiriləsi
tapşırıqlar, həllini gözləyən məsələlər çox olsalar da, özünüzü
itirməyin. Heç nəyi diqqətdən qaçırmayın, səhvlərə yol verməyin.
Gəlirlər ola bilər.
Yaxınlarınızla həmişə dil tapmaq olmur.
Bir qədər kritik davranın, başqalarının nöqsan və zəifliklərini ifrat
dərəcədə qabartmayın. Yaxınlarınızdan kimsə sizi tənqid edəndə aqressiv
və sərt davranmayın.
Qız -
Qeyri-adi işlər və yeniliklər, qəfil məlumatlar zamanıdır. Uzaq səfər
və ya səyahətə yollanmaq olar. Sonuc uğurludur. İşgüzar tərəfdaşla fikir
ayrılıqlarına son qoymaq, işdə rəhbərliklə münasibətləri
normallaşdırmaq şansları var.
Bilik, bacarıq və təcrübənin artırılması üçün əlverişli zamandır.
Günün
ikinci yarısında xoş əhvalı qorumaq asan deyil. Buna rəğmən emosional
olmayın, yad təsir altına tez düşməyin, neqativ təmayüllərin qurbanı
olmayın. Diqqətli davranın. Mühüm xəbər almaq, planlarınızı
reallaşdırmağa imkan verəcək informasiyaya yiyələnmək şansları var.
Tərəzi -
Çətin və qarışıq emosional fonu olan gündür. Ağır problemlərlə
qarşılaşaraq çətinliklərin fəsadlarının ağrısını çəkə bilərsiniz.
Yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Sülhü, münasibətlərdəki
rəvanlığı qorumaq üçün haqlı olsanız belə, güzəştə getməyi bacarın.
Yeni
tanışlıqlarla bağlı gözləntiləriniz böyük olmasın. Söz yox, bu gün
tanış olduğunuz insanlar pis şəxslər deyil. Lakin onlar yaxın
gələcəkdəki olaylarda və yaşamınızda ciddi rol oynaya bilməyəcəklər.
Əqrəb
- Çətin və qarışıq gündür. Əvvəlki vaxtlarla müqayisədə yaxın ətrafdakı
insanların təsiri altına daha tez düşməyin. Az qala hər təmas emosional
sınağa çevrilməsin. Həssas və sayıq olun. Heç bir səbəb olmadan
insanların xətrinə dəyməyin.
Alış-veriş və ya bahalı əyləncə
vasitəsilə əhvalınızı yaxşılaşdırmağa can atmayın. Sadəcə, pullarınızı
boşuna xərcləyəcəksiniz. Yaxınlarınız sizə mənəvi dəstək olacaqlar. Bir
şərtlə ki, sizi narahat edən məsələdən onları da hali edəsiniz.
Oxatan
- Ev işləri çox vaxt alır. Ailə problemi düşündüyünüzdən də ciddidir və
məsuliyyətli yanaşma tələb edir. Əfsuslar olsun ki, sizi bəzi
problemlərin baiskarı hesab edirlər. Halbuki həmin problemlərin
yaranmasında heç bir suçunuz yoxdur. İndi istənilən izahat effekt
verməyəcək. Durumdan çıxış yolu tapmaq barədə düşünün.
Təhsil,
informasiya, məlumat, təcrübə almaq üçün əlverişli zamandır. Yeni
informasiyanı dərhal əxz edin, məntiqli nəticələrə gəlin. Qərarlarınız
yanlış olmasın. Nüfuzlu insanlarla təmaslarda diqqətli olun. Sizi
qeyri-sağlam karyerizmdə suçlaya bilərlər.
Oğlaq -
Ən kiçik amilləri, hətta xırda detalları nəzərə alın. Hadisələrin
mümkün inkişaf məcrasını təxminləməyə çalışın. Uzunmüddətli
planlaşdırmada rəqibləri üstələməyə can atın. Sizdən yardım və məsləhət
istəyirlər. Nüfuzunuzu artacaq.
Peşə fəaliyyəti müstəvisində
qələbələr və uğurlar istisna deyil. Şəxsi həyatda isə irəliləyişlər və
yaxşılığa doğru dəyişikliklər ehtimalı azdır. Hisslərinizi araşdırın.
Kiçik problemlər sizi təlaşa salmasın. Tələskənlik etməyin. Yaşananları
anlamağa çalışın. Belə baxış və davranış narahatlıqların əsl səbəbini
anlamağa yardım edəcək.
Dolça -
Ehtiyatlı və həssas davranın. Bu gün yol verəcəyiniz səhvlər peşə
fəaliyyəti müstəvisində problemlər yarana bilər. Yalnız kollektivin həll
edəcəyi problemin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Etibarlı və
zəhmətkeş yardımçılar seçə bilərsiniz. Uğuru müttəfiqlə bölüşməli
olacaqsınız. Narahat olmayın, irəliləyin.
Sizi çoxdan bəri
narahat edən məsələni sevdiyiniz insanla müzakirə edin. Mürəkkəb söhbətə
başlamaqdan çəkinməyin. Eşidəcəyiniz sözlər sizi sevindirəcək.
Balıqlar
- Qohumlarla əlaqələr daha da sıx olur. Ailədəki məsələləri həll
edərkən hamını təmin edən variantı tapa bilərsiniz. Sevdiyiniz insanla
münasibətlərdəki harmoniya sizi razı salacaq.
Romantik görüş təəssüf hissi yaratmayacaq.
Alış-veriş
üçün pis gün deyil. Səfərə yollanmaq olar. Amma unutmayın ki, səfər
nəzərdə tutduğunuzdan artıq vaxt alacaq. İşgüzar danışıqlar üçün
əlverişli gündür. Di gəl, unutmayın ki, əldə edilən anlaşma və
razılaşmalar müvəqqəti səciyyə daşıyır.
Milli.Az