Belarusiya öz investisiya layihələrini Bakıda təqdim edəcək
21.2.2012

Belarusun İnvestisiyaların Təşviqi və Özəlləşdirmə üzrə Milli Agentliyi Bakıda öz fəaliyyətinin təqdimatını keçirəcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir. Təqdimat fevralın 22-də AZPROMO və Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Təqdimat çərçivəsində, habelə Belarus iqtisadiyyatının müxtəlif sahələrində mövcüd olan investisiya layihələri təqdim olunacaq.