Qoç - gözləntilərinizin səviyyəsini aşağı salın,
diqqətə layiq olan işi yerinə yetirin. Gün ərzində o qədər də xoş
olmayan məlumatın alınması, informasiya əldə edilməsində problemlər,
yaxın ətrafdakı insanlardan biri ilə münaqişə və ya ixtilaf riski var
Narazı, sinirli, aqressiv olmayın. Mövqelərinizə uyğun olmayan fikirlərə dözümlü yanaşın.
Bilavasitə
sizdən asılı işləri bitirin. Fəaliyyətinizin yönlərini artırın. Yeni
perspektivlər vəd edən layihə ilə məşğul ola bilərsiniz.
Buğa
- maddi məsələlərin həllində bir sıra problemlər yarana bilər. Hesaba
pul yatırmaq, pul köçürmək, əmlakla bağlı danışıqlar aparmaq məsləhət
deyil. Ümumi nevroz durum və qeyri-müəyyənlik kəskin reaksiyaya səbəb
olaraq mübahisə etmək, mövqeləri qorumaq istəyi yarada bilər.
Ehtiyatları artırmaq olar. Alış-verişdə çox pul xərcləməyin. Səhhətinizin qeydinə qalın.
Axşam
saatlarında qəfil impulsun təsiri ilə planlarda müəyyən dəyişikliklər
baş verə bilər. Ailədə münaqişə vəziyyəti yaratmayın. Vədlərə əməl edin.
Əkizlər
- uğurlu və əlverişli gündür. Yeni planlar qurun. Yaxın vaxtlarda hansı
əlaqələrə ehtiyac duyduğunuzu düşünün. Qərarları müstəqil qəbul etmək
niyyət və cəhdlərinizə rəğmən tərəfdaşların yerini və rolunu qulaqardına
vurmamağa çalışın. Ən mühüm məsələləri onlarla müzakirə edin. Diqqətli
olun, yekun qərar verməyə tələsməyin.
Şəxsi maraqlarınıza
toxunan məsələni həll etmək məcburiyyətində qala bilərsiniz. Buna
rəğmən, uğur qazanmaq, hətta yeni həmfikirlərin dəstəyinə nail olmaq
şansınız var.
Günün ikinci yarısında daxili gərginlik, münaqişə situasiyaları güclənir. Tənhalıqda vaxt keçirmək üçün yaxşı vaxtdır.
Xərçəng -
işləri qaydaya salmaq üçün yaranmış imkanlardan istifadə edin.
Hesablar, sənədlər, məlumat bazaları, məktubları qaydaya salın. Peşəkar
fəaliyyət müstəvisində yaranan məsəlləri aktiv şəkildə həll edin,
təşkilati tədbirlər keçirin.
Danışıqları öz ərazinizdə reallaşdırın.
Rifahınıza
və ya mövqelərinizə təhdid yarada biləcək situasiyalarda səliqəli,
diqqətli olun. Qıcıqlı və sinirli olmayın, münaqişələrə qatılmayın.
Keçməyinizin gərəkli olmadığı həddi müəyyənləşdirin.
Axşam saatlarında səhhətinizdə problemin yaranması, xroniki ağrının kəskinləşməsi istisna deyil.
Şir
- gün ərzində sakit, təmkinli və soyuqqanlı olun. Planlara uyğun
hərəkət edin. Səs-küy və laübə çox olsa da, məlumat mübadiləsini
unutmayın. Çalışdığınız kollektivdə rəqabətlə qarşılaşacaqsınız.
Gördüyünüz iş və ya həyata keçirməyə çalışdığınız layihələrdə
xırdalıqlara fikir verin. Önəm verdiyiniz münasibətlərdə laqeyd
davranmayın.
Mühüm məlumatı və planlarınızı yaxın
ətrafınızdakı insanlarla bölüşməyə tələsməyin. Nəzərdə tutduğunuz
dəyişikliklərdə dostlarınız önəmli rol oynaya bilərlər.
Axşam saatlarına yaxın aktivliyi bir qədər azaldın. Yaxınlarınızla münaqişə vəziyyəti yaratmayın.
Normal istirahət edin.
Qız
- yaxın ətrafınızdakı insanlar sizi qıcıqlandıra bilər. Ənənəvi
ritminizi pozmaq, planlarınıza müdaxilə cəhdlərinə imkan verməyin. Bu
gün münaqişə və ixtilaflardan qaçmaq mümkün deyil. Bu səbəbdən də
münasibətləri aydınlaşdırın, çoxdan həllini tələb edən problemi çözün.
Sadəcə, həddi keçməyin, intuisiyanızı işə salın. Əldə etmək istədiyiniz
nəticəni nəzərə alın, sərt və aqressiv davranmayın.
Orientirlərə
yenidən baxa bilərsiniz. Bəyanatlar verməyə tələsməyin. Kimisə
cəzalandırmaq, kimdənsə qisas almaq fikriniz yaranarsa, tələsməyin. Əks
təqdirdə sizi çox pis nəticə, əks zərbə gözləyəcək.
Tərəzi
- narahat, qarışıq, mürəkkəb gündür. Əsas işi yerinə yetirmək üçün
aktivliyinizi əvvəlcədən plaqlaşdırın. Söz-söhbət, müzakirələr çox
olacaq. Gerçəkdən də, önəmli məlumat ala bilərsiniz. Kənar təsirlərə,
yaxın ətrafınızdakı insanların ifrat emosionallığına fikir verməyin.
Köhnə əşyalardan qurtulun.
Yeni ideya və planlar formalaşa bilər.
Şəxsi
münasibətlərdə niyyət və məqsədlər üst-üstə düşərsə, vəziyyət yaxşı
olacaq. Ünsiyyət, təmaslar önəmli ola bilər. Spontan aktivlik sizi
sevindirəcək.
Əqrəb - çətin
gündür. Qeyri-müəyyənlik, istəklərin təbəddülatı, niyyətlərin ziddiyyəti
yarana bilər. Ani maraqları unudun, perspektivləri düşünün. Seçim
çətinliyi sizə mühüm iş görməyə mane olmayacaq. Yeni istiqamətdə
hərəkətə başlaya bilərsiniz.
Kəskin situasiyalarda
münasibətlərin aydınlaşdırılması prosesini uzatmayın. Perspektivlər
dumanlı olsa belə, güzəştə meylli olun, durumu sürətlə təhlil etməyə
çalışın.
Səhvlərin fəsadlarını aradan qaldırmaq üçün vaxt var.
Axşam saatlarında stressdən qurtulmağa çalışın.
Oxatan -
praktiki məsələlərin həlli ilk yerə çıxmalıdır. Fəaliyyətinizi
intensivləşdirmək və zənginləşdirməyin yollarını düşünün. Təkliflər,
məlumat mübadiləsi, xidmətlər gələcəkdə yeni perspektivlər vəd edir.
Günün ikinci yarısında gərginlik artacaq. Mümkün münaqişələrə qatılmayın, amma məlumat axınını da məhdudlaşdırmayın.
Şəxsi
münasibətlərdə hər nüansın önəmi var. Kiçik bir detal əhvalınızı dəyişə
bilər. Axşam saatlarını evdə keçirin. Münaqişə üçün səbəb axtaran
insanların yanında olmayın.
Oğlaq
- problemləri sürətlə həll etməyə, bir işi yarımçıq qoyub başqasına
başlamağa, daim yerdəyişmədə olmağa çalışmayın. Sizi emosiyaların çox
olduğu mövzuya qatmaq istəyəcəklər. Yardım istəyənə kömək edin,
məsləhətlərdən yayınmayın.
Emosional söhbətlərə qatılmayın,
amma peşəkarlığınızı nümayiş etdirə biləcəyiniz toplantı və danışıqlarda
iştirak edin. Günü hərəkətdə keçirin. Yaxınlarınıza verdiyiniz vədləri
yerinə yetirin.
Axşam saatlarında gəzintiyə çıxın.
Dolça -
günü hadisələrin episentrində keçirin. Bütün informasiya kanallarını
açın, mümkün qədər çox ünsiyyətdə olun. Fantaziya və təxəyyülünüzü işə
sala biləcəyiniz məşğuliyyət seçin. Hansı bilik və ya təcrübəyə ehtiyac
duyduğunuzu müəyyənləşqdirin. Status, mövqe və imkanlarınızı
gücləndirmək üçün əlaqələri genişləndirin.
Günün ikinci yarısında hər şeyi emosional qəbul etməyin. Rəğbət bəslədiyiniz insanlarla olun.
Yaşam arealında qayda yaradın.
Balıqlar
- fiziki tonusunuz normadadır, xəbərlər axını sürəklidir. Amma asan gün
deyil. İdeyalar və faydalı fikirlər yetərincə olsa da, işin təşkili,
diqqətin konsentrasiyası ilə bağlı problemlər var. Həddən artıq işi
yerinə yetirməyə çalışmayın.
İşlərdə və yaşam arealında qayda
yaradın. Qüvvəniz, imkanlarınız, məsrəfləriniz və aldığınız dəstəyi
dəyərləndirin. Yeni işlə tapşırığa yanaşma praqmatik, düşünülmüş
olmalıdır.
Problemlərin həllini, zəngləri, yazışmanı təxirə salmayın. Boş söhbətlər, şayiə və münaqişələrdən uzaq durun.
Səhhətinizə fikir verin.
Milli.Az