Bakıda K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi başlayıb
24.2.2014

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi başlayıb.

Əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Məclisin deputatı Fəzail İbrahimli Xocalı faciəsi barədə iştirakçılara ətraflı məlumat verib.

Final mərhələsinin açılış mərasimində çıxış edən K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov, K-1 brendinin sahibi Mayk Kim və K-1 Global holdinqinin direktoru Ned Kuruç tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirmiş, idmançılara uğurlar arzulayıblar.

Turnirin reqlamentinə əsasən, əsas görüşlərdən əvvəl reytinq döyüşləri keçiriləcək.
Yarışda 63 kiloqram çəki dərəcəsində Amil Şahmarzadə (Azərbaycan) - Zakaria Zouharri (Mərakeş), 83 kiloqram çəki dərəcəsində Ruslan Kobzev (Rusiya) - Dennis İppema (Niderland), 72 kiloqram çəki dərəcəsində Babək Rüstəmov (Azərbaycan) - Miodrag Olar (Rumıniya), 71 kiloqram çəki dərəcəsində Alim Nəbiyev (Ukrayna) - Çad Sugden (Böyük Britaniya), 70 kiloqram çəki dərəcəsində Ziya Bayramov (Azərbaycan)- Omar Al Amrani (Mərakeş), 70 kiloqram çəki dərəcəsində İsmət Ağazadə (Azərbaycan) - Cedric Manhoef (Suriya), 85 kiloqram çəki dərəcəsində Samet Kesser (Türkiyə) - Lazar Daniel (Rumıniya), 72 kiloqram çəki dərəcəsində Tural Bayramov (Azərbaycan) – Marco Groh (Almlaniya), 95 kiloqram çəki dərəcəsində Moises Bautu (İspaniya) – Fabian Gondorf (Niderland), 100 kiloqramdam yuxarı çəki dərəcəsində isə Ağalar Sadıxzadə (Azərbaycan) - CorcKolin (Suriya) ilə döyüşəcək.

Gecənin əsas döyüşlərində məşhur Buakav Bançamek iştirak edəcəkdir. Tailand idmançısının rəqibi Sung Hyung Le (Koreya Respublikası) olacaqdır. Digər yarımfinal görüşündə kanadalı Şane Kampbell Almaniya idmançısı Enriko Kehlə qarşılaşacaq.

Yarış dünyanın 150-dən çox ölkəsinin televiziya kanalı ilə yayımlanır.

Gün.Az