Dünyanın ən ağıllı iti lotereya satır - FOTO
24.2.2014

Çinin Çangçun şəhərində olan Bobbi adlı it görənləri heyrətə gətirir. Amerika cinsi olan bu it işlədildiyi dükana müştəri yığır.

Dünyanın ən ağıllı iti olaraq qəbul edilən Bobbi marketin yanında sahibinin digər qazanc yeri olan lotereya butkasının qarşısında fırlanaraq əliaçıq müştərilər axtarır.

Müştərilərdən aldığı pulu qaçaraq sahibi Vanq Çuna aparır. Bilet satışı edən sahibi isə itinə çeki verir və Bobbi qaçaraq pulu verən müştəriyə lotereyanın çekini uzadır. O daha sonra müştərilərə şirinlik etməyə başlayaraq 1 yuan alana qədər hürür.

Pul aldıqdan sonra isə qaçaraq mərkəzi marketə gedir. Orada çox sevdiyi kolbasa və toyuq qanadlarını istədiyini bildirərək, qazandığı 1 yuanı ona xərcləyir.

Vanq Çun 8 yaşlı Bobbinin yığdığı bəxşişlərlə 5 ildir marketdən özünə alver etdiyini bildirir.

Deyilənə görə Bobbi bəxşiş üçün müştəriyə yaxınlaşarkən ona verilən pulun dəyərini kağız pulda uzunluq və ya qısalığına görə ayırır. Müştərilər onun qarşısına qısa, ya da uzun pul qoyduqları zaman o uzun pulu götürür.

Çində tanınan bu ağıllı it artıq dünyanın bir çox ölkəsində məşhurdur. O isə yaşadığı həyatdan çox razı və xoşbəxtdir.












ANS PRESS