Magistraturaya qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş bakalavrların nəzərinə.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi 2014-cü il martın 2-də keçiriləcək. Magistraturaya qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Mingəçevir şəhərlərində olacaq.
Bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 27-dən martın 2-dək TQDK-nın i internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. İmtahanın keçiriləcəyi yer və tarix, eləcə də digər zəruri məlumatlar “Bakalavrın imtahana buraxılış vərəqi”ndə qeyd olunacaq.
ANS PRESS