Beynəlxalq Kitab Sərgi-Yarmarkası
27.7.2011

2011-ci ilin sentyabr ayının 26-30 tarixində II Bakı Beynəlxalq Kitab Sərgi- Yarmarkası keçiriləcəkdir.
Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü
haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəzərə alınaraq sərgiyarmarka
bu əlamətdar tarixi hadisəyə həsr olunur.
Sərgi-yarmarkada iştirak edəcəklər üçün stend sahəsi və avadanlıqları pulsuz
olaraq veriləcəkdir.
Siz sərgi-yarmarkada 2008-2011-ci illərdə qurumunuz tərəfindən buraxılmış nəşrləri
nümayiş etdirmək, satmaq, iştirakçı xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli
nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı
qazanacaqsınız.
Sərgi-yarmarkada iştirak etmək üçün zəruri sənədləri (proqram, kataloq, iştirak
şərtləri, ərizə-müqavilə) Təşkilat Komitəsindən, Mədəniyyət və Turizm Nazirliyinin
saytından (www.mct.gov.az) əldə edə bilərsiniz.
İştirak haqqında ərizələrin təqdimi üçün son gün 15 sentyabr 2011-ci ildir (Ünvan:
AZ1000, Bakı ş., Ü.Hacıbəyov küç. 40, Hökumət Evi, 3-cü mərtəbə. Tel: 493-06-80. Faks:
493-56-05,. e-mail: nrtis@mct.gov.az).
Sizi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr
olunacaq II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştiraka dəvət edirik