Amerikalı ucuz qiymətə satın aldığı seyfdən əsl xəzinə tapmışdır
21.2.2012

ABŞ-ın Tennesi ştatındakı Bartletta şəhərinin sakini Ceyms Labrek indi özünü dünyanın ən sarsaq və axmaq adamı sayır. Çünki onun 122,93 dollara "eBay" onlayn hərracında satdığı seyfindən xəzinə tapılmışdır.
Labrek seyfi satışa çıxarmazdan əvvəl onu silkələmişdir, lakin orada nəyin isə olduğuna dəlalət edən heç bir səs eşitməmişdir.
15 ildən bəri “eBay” hərracında mal satan Labrek demişdir ki, o,seyfin boş olduğunu düşünübmüş.
Seyfdə 26 min dolların tapıldığını alıcı xəbər vermişdir.
Labrek vurğulamışdır ki, alıcıya bu pulları mənimlə bölüşməyi təklif edəndə rədd cavabı aldım. Dedi ki, öz qoyduğun qayda belədir. Həmin şərtdə isə deyilirdi ki, bu fotoda gördüyünüz əşyanı alırsınız. Heç bir mükafat və ya pulun qaytarılması ola bilməz. Amma istənilən halda, seyfdən tapılan pulun mənimlə bölüşdürülməməsi ədalətsizlikdir. Əgər mən seyfdə pul tapsaydım, satıcıya deyərdim: “Qulaq as, dostum, mənə satdığın seyfdən pul çıxdı - gəl, bölüşək”.
İçindən 26 min dollar çıxan seyfin alıcısı jurnalistlərin suallarına cavab vermək istəməmişdir.