Mayın 2-dən 4-dək Heydər Əliyev Sarayında Rusiyanın populyar estrada müğənnisi Stas Mixaylov “Joker” adlı yeni solo konsert proqramı ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcəkdir
Bəstələdiyi və ifa etdiyi biri-birindən gözəl mahnılarla Rusiya şou-biznesinin gündəmində qalmağı bacaran S.Mixaylovu Azərbaycanda da çox sevirlər.
Konsert proqramında Stas Mixaylovun məşhur hitləri ilə yanaşı, yeni mahnıları da yer alacaqdır. Hər bir mahnını yüksək keyfiyyətli, ustalıqla hazırlanmış animasiya filmləri və videoçarxlar müşayiət edəcəkdir.
Konsertin biletlərini şəhərimizin kassalarından əldə etmək mümkündür.
AzərTAc