Monika Beluççi «Mən səni sevirəm Bakı» kinolayihəsində çəkilə bilər
21.2.2012

«Mən səni sevirəm Bakı» kinolayihəsində dünyaca tanınmış aktrisa Monika Beluççi çəkilə bilər. Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayevanın verdiyi məlumata görə, hazırda Monika Beluççi ilə danışıqlar aparılır. Bununla bərabər, kinolayihəsinə digər Hollivud və Avropa aktyorlarının cəlb olunması nəzərdə tutulur.
Hazırda hazırlıq prosesləri gedən filmin çəkilişlərinə mart ayında başlanılacaq. Qeyd edək ki, çəkiliş qrupu fevralın 1-dən Bakıdadır. Layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir.