Dünyanın ən yaşlı adamı - VİDEO
25.2.2014

Hindistanda kiçik bir kənddə yaşayan 118 yaşlı Premsay Patelin doğum tarixi təsdiq olunarsa, o, dünyanın ən yaşlı adamı sayıla bilər.

Onun uzun ömürlü olmasının sirri sağlam həyat tərzindədir. O, istisna olaraq bitki yeməkləri yeyir. Yaşlı adam gününü dini moizə ilə başlayır. Onun sözlərinə görə, bu, ruhunu və bədənini təmizləyir.

Patel öz böyük ailəsi ilə Korba dairəsində yaşayır. Qohumları hamısı onunla fəxr edir və onu özlərinə nümunə sayırlar. Onlar bir yerə yığışaraq Veda mətnləri oxuyur və dua edirlər.

Premsay Patelin şəxsiyyət vəsiqəsində göstərilib ki, o, 1896-cı ildə doğulub. Amma ekspertlər onun sümük toxumasını analiz etmək və yaşını müəyyən etmək istəyirlər.

Qeyd edək ki, yaşı 110-dan çox olan adamların axtarışı ilə Gerontology Research Group təşkilatı məşğul olur. Qurumun əməkdaşlarının sözlərinə görə, hazırda dünyanın ən yaşlı adamı Yaponiyanın qadın sakini Misao Okavadır, onun 115 yaşı var.

VİDEO

ANS PRESS