Samsung Galaxy S5 təqdim olundu - FOTO
25.2.2014

Cənubi Koreyanın Samsung korporasiyası İspaniyanın Barselona şəhərində keçirilən Mobile World Congress konfransında Samsung Galaxy S5 smartfonunu nümayiş etdirib.


Aparat 2013-cü ildə Galaxy S4-ü dəyişərək şirkətin flaqman smartfonu olacaq.

Yeni smartfondakı ən önəmli yenilikləri barmaq izlərinin skaneri, nəbz ölçən və kameradır. Bundan başqa, sələflərindən fərqli olaraq Galaxy S5 tozdan və sudan "qorxmur".
 
iPhone 5s-də olduğu kimi barmaq izlərinin skaneri "Home" düyməsindədir. Skanlaşdırmaq üçün barmağı düyməyə sürtmək gərəkdir. Halbuki Apple-in smartfonunda barmağı sadəcə, düyməyə basmaq yetər.

Galaxy S5 yaddaşında ən uzağı 3 barmağın izlərini saxlaya bilir.

Barmaq izləri smartfonun "Private Mode" kataloquna girişdir. Bu kataloqda istifadəçinin başqalarından gizlətmək istədiyi fayl və proqramlar saxlana bilər.
 
Galaxy S5-də nəbz ölçən smartfonun arxa panelində, kameranın aşağısındadır. O, barmaq ucundakı nəbzi ölçür və bu proses 5-10 saniyə çəkir.
Galaxy S5-in əsas kamerası 16 meqapiksellikdir və o, 4 4K tipli video çəkə bilir.

Üstəlik, kamerada rəqəmsal fotokameralarda olduğu kimi hibrid avtofokus da var.
Smartfonda 1920x1080-lik 5,1 düymlük ekran, 4 nüvəli və 2,5 qiqahers tezlikli Snapdragon 800 prosessoru var.

Prosessor Android 4.4.2. əməliyyat sistemi ilə işləyir.
Galaxy S5 aprelin 11-də satışa çıxarılaaq. Samsung korporasiyası yeni smartfonunu addımları, nəbzi və saniyələri ölçən qurğuları olan Gear Fit qolbağı ilə satacaq.