Tayvanın paytaxtı Taypeyin
Milli Teatrında (National Theatre in Taipei) fransız rəssam Pol
Qrenqonun yeni installyasiyası nümayiş olunur.
Teatrın zalındakı bütün kreslolarda pandalar var.
Onların arasında sadəcə, bir yaşıl ağac qurbağası oturub.
1600 panda və bir qurbağa papye-maşedən hazırlanıb.
Pol
Qrenqonun dediyinə görə, installyasiyanı Ümumdünya Vəhşi Təbiət
Fondunun (World Wildlife Fund, WWF) nəsli kəsilməkdə olan heyvanların
mühafizəsinə yönəlmiş proqramına dəstək məqsədilə hazırlayıb.
Rəssam pandalar və qurbağaya 200 formosan ayısını da əlavə edəcəyini deyir.





Milli.Az