Azərbaycan bədii gimnastları Macarıstanda keçirilən beynəlxalq turnirdən çoxlu sayda medalla qayıdıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən verilən xəbərə görə, komandamızın lideri Mariya Durunda 5 qızıl medal qazanıb.
Gimnastlardan ibarət komandamız mümkün 3 yerdən ilk iki yeri tutub. Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasilyeva, Aleksandra Platonova, Diana Doman, Aynur Mustafayeva 3 top, 2 lentlə,10 gürzlə yarışda iştirak ediblər.
Yalnız idmanın müxtəlif növləri üzrə yarışda idmançılarımız nisbətən geri çəkilərək ikinci yerdə qərarlaşıb.
Budapeştdə keçirilən turnirdə azərbaycanlı gimnast Jalə Piriyeva halqa və topla oyunda, Beyza Dəmir isə lentlə oyunda bürünc medal qazanıb. Komanda hesabına görə yeniyetmə azərbaycanlı idmançılar 2-ci yeri tutub.
Gün.Az